Redaktor
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Türkiyədə Azərbaycan kapitallı 65 yeni şirkət yaradılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 91,2 % çoxdur.
"Report" bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.
Məlumata görə, I rübdə yaradılmış şirkətlərin 7-si (illik müqayisədə 75 % çox) səhmdar cəmiyyət, 58-i isə (+93,3 %) məhdud məsuliyyətli cəmiyyət (MMC) olub.
Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 181,587 milyon türk lirəsi (4,051 milyon ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 5,2 dəfə çoxdur. Bunun 91,4 %-ini və yaxud 165 milyon 964 min türk lirəsini (3,702 milyon ABŞ dolları) sırf Azərbaycan vətəndaşları təmin edib. Bu, 2025-ci ilin 3 ayı ilə müqayisədə 5,3 dəfə çoxdur.
Təkcə martda Azərbaycan vətəndaşları Türkiyədə 17 şirkət (+54,5 %) yaradıb. Yeni şirkətlərin 3-ü səhmdar cəmiyyət (+3 dəfə), 14-ü MMC (+40 %) olub.
Ümumi kapitalı 16,775 milyon türk lirəsi (374 min ABŞ dolları; 62,9 % çox) olan ortaq şirkətlərin kapitalının 87 %-i və yaxud 14,6 milyon türk lirəsi (326 min ABŞ dolları; 42,4 % çox) azərbaycanlılara məxsus olub.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərVüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
21.04.202628 May ətrafında tramvay şəbəkəsi yaradılır
21.04.2026Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb
21.04.2026Azərbaycanda qızıl istehsalı azalıb
21.04.2026"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur? - CƏDVƏL
21.04.202617 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
21.04.2026“Kapital Bank”ın verdiyi bu kreditlərin məbləği 934 milyon manatdan çox artıb
21.04.2026Azərbaycan neftinin qiyməti 110 dolları keçib
21.04.2026"Apple"ın baş icraçı direktoru Tim Kuk istefa verdiyini açıqlayıb: şirkətə kim rəhbərlik edəcək?
21.04.2026
İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?
21.04.2026
Həyat yoldaşı ilə ortaq biznes qurdu, “İlin iş adam”ı seçildilər - MÜSAHİBƏ
21.04.2026Bakıda metronun altından avtomobil yolu keçəcək
21.04.2026Avro və rubl bahalaşır
21.04.2026