Qızılda itkilər bərpa olundu - Nəhəng bankdan rekord proqnoz

Redaktor

19.04.2026 11:30
91

Qızılda itkilər bərpa olundu - Nəhəng bankdan rekord proqnoz

İranın Hürmüz boğazını yenidən açması qlobal bazarlarda müharibə qorxusunu optimizm əhval-ruhiyyəsi ilə əvəzləyib. İnvestorların yenidən qızıla yönəlməsi ilə unsiya qiyməti son bir ayın zirvəsinə yüksələrkən, iri banklardan diqqətçəkən yeni proqnozlar gəlib.

Valyuta.az xəbər verir ki, dünyanın ən kritik enerji keçid nöqtələrindən biri olan Hürmüz boğazının yenidən ticarət gəmilərinə açılması qızıl bazarında müsbət ab-hava yaradıb. Müharibənin qlobal iqtisadiyyata vuracağı zərər narahatlığının azalması ilə investorlar yenidən “təhlükəsiz liman” sayılan qızıla yönəlib.

Həftə ərzində yüksəliş trendinə daxil olan spot qızıl təxminən 2 faiz dəyər qazanaraq unsiya başına 4 min 889 dollar səviyyəsinə qədər yüksəlib. 17 martdan bu yana ən yüksək səviyyəni test edən qızıl daha sonra bir qədər geriləyərək həftəni 4 min 830 dollar səviyyəsində başa vurub.

Gümüş bazarında isə artım daha kəskin olub. 5 faizdən çox dəyər qazanan gümüşün unsiyası 83 dollara qədər yüksələrək son beş həftənin zirvəsini görüb. Unsiyada gümüş həftəni 80 dollar səviyyəsində tamamlayıb.

Yaxın Şərqdə gərginliyin başladığı ilkin dövrdə neft qiymətlərində artım və inflyasiya qorxusu qızılı təzyiq altında saxlamışdı. Lakin Hürmüz boğazının açılması ilə neft tədarükü ilə bağlı narahatlıqlar azalaraq bazarı sakitləşdirib. Qızıl, təxminən altı həftə əvvəl başlayan müharibədən sonra yaşadığı itkilərin yarıdan çoxunu bu yüksəlişlə geri alıb.

Müharibənin başlanğıcından bəri güclü dollar və yüksək faiz gözləntiləri səbəbindən təxminən 10 faiz dəyər itirən qızıl üzərindəki təzyiq azalıb. Faiz gəliri olmayan qızılın əsas rəqibi olan yüksək faiz gözləntiləri müharibə riskinin azalması ilə yerini yenidən investisiya marağına verib.

Nəhəng banklardan nəhəng proqnozlar: 8 min dollara qədər yüksələ bilər

Bazarın bu bərpasından sonra iri maliyyə qurumları proqnozlarını yeniləyib:

“Goldman Sachs”: ilin sonu üçün 5 min 400 dollar proqnozunu saxladığını açıqlayıb.

“Wells Fargo”: ABŞ-ın maliyyə nəhəngi tarixdəki böyük çöküşlərdən sonra hər zaman kəskin yüksəlişlərin gəldiyini xatırladaraq, qızılın unsiya qiymətinin 8 min dollara qədər yüksələ biləcəyini bildirib.

Qızıl ilin əvvəlindən bu yana bütün dalğalanmalara baxmayaraq investorlara təxminən 10 faiz qazanc gətirib.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir

21.04.2026

28 May ətrafında tramvay şəbəkəsi yaradılır

21.04.2026

Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb

21.04.2026

Azərbaycanda qızıl istehsalı azalıb

21.04.2026

"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur? - CƏDVƏL

21.04.2026

17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi

21.04.2026

“Kapital Bank”ın verdiyi bu kreditlərin məbləği 934 milyon manatdan çox artıb

21.04.2026

Azərbaycan neftinin qiyməti 110 dolları keçib

21.04.2026

"Apple"ın baş icraçı direktoru Tim Kuk istefa verdiyini açıqlayıb: şirkətə kim rəhbərlik edəcək?

21.04.2026
İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?

İki mərtəbəli ev tikmək üçün icazə alınmalıdır?

21.04.2026
Həyat yoldaşı ilə ortaq biznes qurdu, “İlin iş adam”ı seçildilər

Həyat yoldaşı ilə ortaq biznes qurdu, “İlin iş adam”ı seçildilər - MÜSAHİBƏ

21.04.2026

Bakıda metronun altından avtomobil yolu keçəcək

21.04.2026

Avro və rubl bahalaşır

21.04.2026
Bank sektorunda çalışan “Yüksəliş” qaliblərinin siyahısı

Bank sektorunda çalışan “Yüksəliş” qaliblərinin siyahısı

21.04.2026

Gəldiyi ölkədə bazar boşluğunu gördü, nəhəng brend yaratdı - SƏHƏR OXUSU

21.04.2026

Sumqayıtın yeni baş memarı açıqlandı

20.04.2026

“Nissan”ın CEO-su stressi idarə etmək üçün istifadə etdiyi təəccüblü vərdişləri açıqlayıb

20.04.2026

Neftdə dalğalanma: Treyderlər yeni qiymət şokları proqnozlaşdırır

20.04.2026

Texnologiyanın xəyalları: "Apple"ın heç vaxt istehsal etmədiyi 7 gizli layihəsi

20.04.2026

Kvant internet ilə VPN dövrü bitir?

20.04.2026

Məzənnə

Yüklənir...