Harvard Universitetinin azərbaycanlı tələbəsinin startapı 1 milyon dollar investisiya cəlb etdi

Redaktor

18.02.2026 13:18
797

Harvard Universitetinin azərbaycanlı tələbəsinin startapı 1 milyon dollar investisiya cəlb etdi

Azərbaycanın süni intellekt sahəsində fəaliyyət göstərən "Luron AI" startapı Pre-Seed mərhələsində 1 milyon ABŞ dolları həcmində investisiya cəlb edib. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, maliyyələşmə turunda "e2vc" və "TQ Ventures" vençur fondları iştirak edib.

"Luron AI" — süni intellekt sahəsində fəaliyyət göstərən texnologiya startapıdır. Şirkət çağrı mərkəzlərinin (call center) işinin avtomatlaşdırılması üçün daim aktiv olan, çoxdilli səsli süni intellekt agentləri hazırlayır.

Startap Harvard Universitetinin tələbəsi Şəms Polat (Müslümov) və Berkley Universitetində təhsil alan Mert Kaan Atan tərəfindən təsis olunub. 

"Luron AI" tərəfindən hazırlanmış həll yolu daxil olan və çıxan zənglərin avtomatik idarə olunmasına, potensial müştərilərin (lead) ilkin qiymətləndirilməsinə, müştərilərin qəbula yazılmasına, həmçinin istifadəçilərlə SMS, çat və elektron poçt vasitəsilə 24/7 rejimində əlaqə qurulmasına imkan verir. Platforma korporativ müştərilər üçün AI-native infrastruktur prinsipi əsasında qurulub.

Şirkət cəlb etdiyi investisiyanı məhsulun inkişafına, komandanın genişləndirilməsinə və beynəlxalq bazarlarda, xüsusilə ABŞ və Türkiyə bazarlarında fəaliyyətin genişləndirilməsinə yönəltməyi planlaşdırır.

Aydın

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakı Bulvarının uzunluğu 25 kilometrə çatdırılacaq

19.05.2026

Bir elektromobilin orta qiyməti 11 min manat azalıb

19.05.2026

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 38,8 manat artıb

19.05.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

19.05.2026

Eldar Əzizov: Bakıda sovet dövründə tikilmiş binaların yerində müasir yaşayış kompleksləri inşa olunur

19.05.2026

Eldar Əzizov: Yağışlarla bağlı mübarizədə müəyyən islahatlar aparılmalıdır

19.05.2026

Bu şəxslər üçün işə qəbul qaydaları sərtləşdirilir

19.05.2026

Pomidor ixracı ölkəyə 75 milyondan çox qazandırıb

19.05.2026

Azərbaycanın Britaniyadakı səfirliyinə təhsil müşaviri təyin edilib

19.05.2026

Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın ®

19.05.2026

İlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib

19.05.2026

Nazir: "Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dən 5%-ə endirilib"

19.05.2026

Kriptoda yeni hücum: 77 milyon dollarlıq saxta token dövriyyəyə buraxıldı

19.05.2026

Azərbaycanda içməli suyun təhlükəsizliyi necə yoxlanılır? - Nazirlik rəsmisindən açıqlama

19.05.2026

Tramp 10 milyard dollarlıq iddianı geri götürdü

19.05.2026

"Bitcoin" üçün həyəcan təbili: Kritik səviyyəyə yaxınlaşır

19.05.2026

Sabah 28 dərəcə isti olacaq

19.05.2026

Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq

19.05.2026

Beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə dəyişib

19.05.2026

Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin sayı 2 dəfə azalsa da, gəlirlərini 4,4 dəfə artırdı

19.05.2026

Məzənnə

Yüklənir...