İƏT rəsmisi: Hər il dünyada 3 milyona yaxın insan əmək fəaliyyəti ilə bağlı səbəblərdən həyatını itirir

Redaktor

28.04.2026 11:28
61

İƏT rəsmisi: Hər il dünyada 3 milyona yaxın insan əmək fəaliyyəti ilə bağlı səbəblərdən həyatını itirir

Hər il dünyada təqribən 2,93 milyon insan əmək fəaliyyəti ilə bağlı səbəblərdən həyatını itirir.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramov 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, beynəlxalq statistikaya əsasən, hər il dünyada təxminən 2,93 milyon insan iş fəaliyyəti ilə bağlı səbəblərdən həyatını itirir, 395 milyondan çox işçi isə istehsalat qəzaları nəticəsində müxtəlif xəsarətlər alır.

A.Bayramov bildirib ki, bəzi ölkələrdə istehsalat qəzaları nəticəsində yaranan xəsarətlərin səviyyəsi hər 100 000 işçiyə təqribən 3 000 hadisə təşkil edir:

"Ölümcül xəsarətlərin göstəricisi nisbətən aşağı olsa da, bu, müxtəlif sahələr üzrə davamlı problem olaraq qalır. Bununla belə, bir sıra ölkələrdə bu sahədə mühüm addımların atıldığını müşahidə edirik. Bəzi ölkələrdə sosial müdafiə səviyyəsi qlobal orta göstəricilərdən aşağıdır və bəzi hallarda əhalinin 10 faizindən də az hissəsini əhatə edir. Eyni zamanda, bir sıra ölkələrdə işsizlik müavinətlərini əhatə edən effektiv mexanizmlərin olmaması işçi qüvvəsinin əhəmiyyətli hissəsinin sosial təminatdan kənarda qalmasına səbəb olur. Bu problemlər əmək təhlükəsizliyi və sağlamlığının insan həyatı üçün nə qədər vacib olduğunu bir daha göstərir".

O əlavə edib ki, İƏT ölkələri arasında əmək sahəsində əlaqələrin genişləndirilməsi diqqət yetirilən əsas istiqamətlərdən biridirdir:

"Eyni zamanda, üzv dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq çərçivəsində əmək mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, standartların uyğunlaşdırılması və tətbiqinin gücləndirilməsi istiqamətində işlər həyata keçirilir. Üzv dövlətlər arasında əmək sahəsində əməkdaşlığın gücləndirilməsi mərkəzin əsas prioritetlərindən biridir".

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Bank Respublika" göstərdiyi xidmətlərdən nə qədər qazanıb? - Rəqəmlər

28.04.2026

Vasif Eyvazova yüksək vəzifə verildi

28.04.2026

Sığorta şirkətləri I rübdə topladığı yığımları açıqladı

28.04.2026

"AzSığorta" ilk rübdə banklardan çox qazana bilməyib

28.04.2026

Azərbaycanın şampun aldığı ölkələr - TOP 10

28.04.2026

"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır

28.04.2026

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

28.04.2026

İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?

28.04.2026

Prezident məşhur şirkətin sahibinə "Tərəqqi" medalı verdi

28.04.2026

İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib

28.04.2026

Prezident sahibkarları təltif etdi - SİYAHI

28.04.2026

“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü ®

28.04.2026

Azərbaycanda şirkət nizamnamə kapitalını 21,1 milyon manat azaldıb

28.04.2026

Süni intellekt nəhəngi "Nvidia"dan tarixi rekord

28.04.2026

Sabah hava necə olacaq?

28.04.2026
Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar

Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar - CƏDVƏL

28.04.2026

Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI

28.04.2026

Bu şəxslərin 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək

28.04.2026

“Azərbaycan Sənaye Sığorta”nın avtoyığımları 45 mindən çox azaldı

28.04.2026

Müəllimlərin işə qəbulu imtahanlarının iyulun 1-8-də keçirilməsi planlaşdırılır

28.04.2026

Məzənnə

Yüklənir...