Redaktor
"KHAN-EL" şirkətinin ixrac gəliri 11.8 milyon dollar artıb
“KHAN-EL” MMC-nin ixrac gəlirləri illik müqayisədə 21.65% və ya 2.1 milyon ABŞ dolları artıb.
Valyuta.az xəbər verir ki, cari ilin ilk dörd ayında şirkət 11.8 milyon ABŞ dolları ixrac gəliri qazanıb.
Bu göstərici 2025-ci ilin eyni dövründə 9.7 milyon ABŞ dolları olub.
Qeyd edək ki, “KHAN-EL” MMC Azərbaycanın ən böyük fındıq emalı və ixracatçılarından biridir. Şirkət fındığı Azərbaycanın şimal-qərbində, Rusiya və Gürcüstanla sərhədlərin yaxınlığında, Zaqataladakı müəssisəsində emal edir və Avropa ölkələrinə, keçmiş Sovet İttifaqına ixrac edir. Nizamnamə kapitalı 10 manat olan MMC 18 iyul 2011-ci il-də yaradılıb. Qanuni təmsilçisi isə Fuad Eldarov Xanlar oğludur.
Mələk Ziyad