Ruzanna Bəşirova
Xərclər üzrə konsultant
Bəzi insanlar düşünürlər ki, gəlir və ya maaş artıqdıqca, istər-istəməz xərc də artır. Deyirlər ki, daha öncə az maaş aldığımız zaman maaş hər şeyə çatırdı, maaş artıqdan sonra isə heç nəyə çatdıra bilmirik. Əslində isə, proses heç də maaş ilə yanaşı, xərclərin də artmasından qaynaqlanmır. Səbəb tam başqadır.
İnsan maaşı az olduğu zaman daha nizamlı, planlı olduğu halda, maaş artımı zamanı “eybi yox, onsuz da pulum var” deyib öz nizamından çıxır. Buna görə də, o maaş ayın ortasında bitir və insan düşünür ki, maaşla birlikdə xərcləri də artıb.
Bundan başqa, maaş artımı ilə insanın duyğusal qərarları da artır, yenə də plansız olaraq xərcləməyə başlayır. Onsuz da maaşım artıb bu gün işə avtobusla yox taksiylə gedim, onsuz da maaşım artıb bu gün axşam yeməyini də restoranda yeyim, onsuz da maaşım artıb bu paltarı da alım deyib duyğusal qərarlar verməyə və zamanla da bu qərarları artırmağa başlayır. Buna görə insanlara elə gəlir ki, maaş artıqca paralel olaraq xərclər də artır.
Düzgün büdcə planlaması ilə hər zaman xərclərə nəzarət etmək mümkündür.
Ümumiyyətlə, insan duyğusal və sosial varlıq olduğu üçün disiplin və planlardan kənara çıxdığı zaman sadəcə xərclərlə deyil, digər proseslərdə də bu cür problemlər yaşayır.
Düşünün ki, büdcə planlaması zəngli saat kimidir. Əgər siz zəngli saatı qurmasanız, yatıb qalacaq, işə gecikəcək, işlərinizi çatdırmayacaq, yemək yeməyə vaxt etməyəcək, aclıqdan başnız ağrıyacaq və s. bu kimi problemlər yaşayacaqsınız, elə deyil? Bax, büdcə planlaması olmadığı zaman həyatımızın maliyyə tərəfləri də belə bir xaosun içində olur.
Maaşımız artdığı zaman artımı əlimizə almadan öncə ilk olaraq büdcə planlaması etməyimiz bizim nəinki xərclərimizi azaldar, eyni zamanda məqsədlərimizə çatmaq üçün əlavə pul yığmağımıza da gətirib çıxarar.
Büdcə planlaması zamanı “əsas”, “vacib”, “təcili”, “əhəmiyyətli” olaraq punktlara ayırıb onlara büdcə ayırsanız, bu, sizin işinizi bir xeyli asanlaşdırar. Ən yaxşı yol isə, bu zaman bir mütəxəssis köməyindən yararlanmaqdır.
Doğru xərcləyin, rahat yaşayın. Xərcləyə bilməsəniz, mütəxəssis köməyi üçün müraciət edə bilərsiniz: //bit.ly/4dCSXrH

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərVarlı insanların sərvətlərini qorumaq üçün istifadə etdikləri 6 incə, lakin dahiyanə üsul
22.02.2026"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026