Redaktor
"Kapital Bank"ın istehlak kreditləri 3,2 milyard manatı ötüb
"Kapital Bank"ın açıqladığı maliyyə hesabatına əsasən, 2026-cı ilin I rübündə bankın müştərilərə verdiyi kreditlərin həcmi 5 milyard 467,9 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövründəki 5 milyard 338,9 milyon manatla müqayisədə 129 milyon manat və ya 2,4% artıb.
Müştərilər əsasən bankın istehlak kreditləri məhsuluna müraciət edib. 2026-cı ilin ilk rübünün sonuna istehlak kreditləri 3 milyard 155,7 milyon manat olub.
Bu göstərici ötən ilin eyni dövründəki 3 milyard 006,6 milyon manatla müqayisədə 149,1 milyon manat və ya 5% artıb.
Biznes kreditləri 2026-cı il martın sonuna 1 milyard 732,3 milyon manata yüksəlib. 2025-ci ilin eyni dövründə bu rəqəm 1 milyard 724,5 milyon manat olub. Beləliklə, biznes kreditləri 7,8 milyon manat və ya 0,5% artıb.
Daşınmaz əmlak kreditlərinin həcmi isə 2026-cı ilin ilk rübünün sonuna 579,9 milyon manat təşkil edib.
Mayya Hüseynova