"Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

Redaktor

17.04.2026 09:30
223

"Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub - FOTO

Dünən tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun “Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” adlı kitabının Azərbaycan Dövlət İqtisad Universitetində təqdimat mərasimi keçirilib.

Tədbirdə İqtisad Universitetinin rektoru, millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçı və siyasi ekspertlər, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər kitabda təqdim olunan “investisiya absorbsiyası” yanaşmasının əhəmiyyətini xüsusi vurğulayıb, Azərbaycanın iqtisadiyyatında hansı sahələrin və hansı həcmdə investisiya qəbul etməyə hazır olduğu, bu sahələrin real tutumu və mənimsəmə qabiliyyətinin sistemli şəkildə təhlil edildiyini qeyd ediblər.

Bildirilib ki, əsər ümumi xarakterli nəzəri yanaşmadan fərqli olaraq, birbaşa yerli və xarici investorlar üçün praktik istiqamətləndirici mənbə kimi hazırlanıb.

Natiqlər vurğulayıb ki, kitab investorlara müxtəlif sektorlar üzrə investisiya imkanlarını, mövcud dövlət dəstəyi mexanizmlərini və bu imkanlardan istifadə yollarını aydın şəkildə müəyyən etməyə, eləcə də sərmayə qoyuluşlarının perspektiv geri dönüşünü qiymətləndirməyə imkan verir.

Qeyd olunub ki, sənaye, aqrar sektor, turizm, logistika, informasiya texnologiyaları, enerji sahələri üzrə investisiya potensialının vahid çərçivədə təqdim olunması investorun qərarvermə prosesini asanlaşdırır. 

Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlərin “Güzəştlər Vadisi” modeli ilə təqdim edilməsi xüsusi vurğulanıb.

Bildirilib ki, kitabda makroiqtisadi sabitlik, aparılan islahatlar və qeyri-neft sektorunun imkanları üzrə analitik yanaşma təqdim olunur və bu baxımdan əsər həm investorlar, həm də iqtisadi qərarvericilər üçün praktik əhəmiyyət daşıyır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Qızılda itkilər bərpa olundu - Nəhəng bankdan rekord proqnoz

19.04.2026

“Storm Therapeutics” 56 milyon dollar investisiya aldı

18.04.2026

Ət idxalı artdı: Azərbaycan xaricdən nə qədər ət alıb?

18.04.2026

Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir

18.04.2026

Ucuz qızıllar saxtadır?

18.04.2026

Azərbaycan Bolqarıstana neft ixracını 65 % artırıb

18.04.2026

Xaricə fındıq satışından 68,6 milyon dollar gəlir əldə edilib

18.04.2026

Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb

18.04.2026

Köhnə telefonlar kəskin bahalaşır: Niyə onları kütləvi şəkildə alırlar?

18.04.2026

Trampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək

18.04.2026

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

18.04.2026

Sabah Azərbaycanda hava necə olacaq?

18.04.2026

"Ford" bir milyondan çox avtomobilini geri çağırır

18.04.2026

General Müşfiq Məmmədov işdən çıxarıldı

18.04.2026

Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib

18.04.2026

Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - VİDEO

18.04.2026

Noutbuk istehsalı 27 dəfədən çox azaldı

18.04.2026

İşdə vaxtınız az olsa belə fasilə verməyin 5 yolu - SƏHƏR OXUSU

18.04.2026

Azərbaycanda makaron istehsalı yüksəlib

17.04.2026

Avropada avtomobil istehsalı "ölür": Ən böyük zavodlardan biri istehsalı dayandırır

17.04.2026

Məzənnə

Yüklənir...