Niyə hamı çox qazanan dostdan borc istəyir?
31.10.2025 14:25
904

Niyə hamı çox qazanan dostdan borc istəyir?

Ruzanna Bəşirova
     Xərclər üzrə konsultant

Gözlənilmədən yaranan vəziyyətlərdən başqa digər hallarda insanların borc istəməsi həqiqətən ehtiyaclarının olmasından deyil, ehtiyatsız, plansız davranmasından irəli gəlir. Bu, adətən belə olur. İnsanlar öz sosial məsuliyyətlərini hər zaman ən yaxınlarındakının üzərinə atmaq istəyir. Beləcə öz çətinliyindən azad olur və başqasını da bu çətinlikdə ona kömək etməkdə borclu hesab edir. Borc istəyən insanlıq halı deyib, öz məsuliyyətlərini heç acımadan başqasının üzərinə rahatlıqla ata bilirlər.

Real göstəricilərə baxdıqda deyə bilərik ki, dost-tanış çevrəsində hər 6-7 nəfərdən birinin gəliri digərlərinə nisbətdə 2-3 dəfə çox olur. Bu zaman insanlar ondan borc almaq ehtimalının yüsək olduğunu düşünürlər. Hər kəs bu məsələyə sadəcə öz tərəfindən baxdığı üçün ən anlaşılmaz situasiya yaranır.

Yəni, dost-tanışın içərisində 6-7 nəfərdən birinin digərlərinə nisbətdə çox qazanması hər kəsin ondan istədiyi zaman rahatlıqla borc ala biləcəyinə ümid yaradır. Amma məsələyə bir də obyektiv, eyni zamanda borc istədiyimiz şəxsin də tərəfindən baxaq. 

İlk növbədə hər dəfə vurğuladığım kim yenə də qeyd etmək istəyirəm ki, istənilən halda borc verməyin və borc istəməyin tərəfdarı deyiləm.

Borc istəyən şəxslərin diqqət etməli olduğu məqamlar.

1.    Borc istəyəcək hala düşdüyünüz zaman öncə bu hala necə düşdüyünüzü nəzərdən keçirin və bir daha bu hal təkrarlanmasın deyə çalışın.
2.    Borc istədiyiniz şəxsdən tək borc istəyənin siz olmadığını da nəzərə alın.
3.    İnsan sizdən çox qazanırsa, bu hər dəfə onun sizə borc verə biləcəyi mənasına gəlməz. İnsanlar planlarını qazanclarına görə qurduqlarına görə onların ödəniş və xərcləri “kiminsə onlardan borc istəyə bilər” ehtimalını nəzərə almadan qurulur.
4.    Heç kim sizə borc verməyə borclu deyil.
5.    Borc istədiyiniz zaman almaq ehtimalınız qədər almamaq ehtimalınızı da dəyərləndirin
6.    Borc istəməli olsanız belə ala bilmədiyiniz təqdirdə bunu şəxsi alqılamayın və münasibətlərə yansıtmayın.
7.    Sizə borc verəcək insanın sizin borcu qaytara bilmək imkanınızı dəyərləndirəcəyini də unutmayın.

Borc istənən şəxsin diqqət etməli olduğu məqamlar.

1.    İlk dəfə borc istəyənə, məbləğdən asılı olaraq vermək olar, o şərtlə ki, şəxsi tanıyırsınız və geri qaytarmaq ehtimalını dəyərləndirə bilirsiniz
2.    Təkrar-təkrar borc istəyən şəxslər borcu ehtiyacdan deyil, plansızlıqdan istəyir, bu artıq rutinə çevrilir, təhlükəlidir.
3.    Çevrədə borc istəyənlər çoxalmağa başlayırsa, bu artıq sizi dərindən düşündürməlidir, çünki risk altına düşən məbləğ çoxalır.
4.    İstənilən halda borc verdiyiniz məbləğin hansı zaman kəsiyində geri qayıda biləcəyini qiymətləndirin.
5.    Fərqli şəxslərə xırda məbləğlərdə borc vermək təhlükəlidir, hələ ortada yoldaşlıq münasibəti varsa, qaytarılmama ehtimalı yüksəlir və siz utancaqlıq edib istəyə də bilməyəcəksiniz
6.    Əgər borc istəyənə yox deyə bilmirsinizsə və istəmədiyiniz halda borc verir, geri qaytaracağından şübhə edirsinizsə, borc verdiyiniz halda hanısa bir aylıq ödənişinizi borc verdiyiniz şəxsə bildirin və məbləği ora ödəyəcəyinizi qeyd edin.
7.    Əgər borc istəyən şəxslərə “yox” deyə bilmirsinizsə, söhbət əsasında onlar bunu fərqli formalarda çatdırmağa çalışın.

Çalışın ki, büdcənizi elə planlayasınız ki, borc istəmək məcburiyyətində qalmayasınız. Başqalarının gəlir və qazancları sizi onlardan borc istəyəcək rahatlığı yaratmasın. Bu borc verəndən daha çox sizin ziyanınızadır. Unutmayın ki, borc insanın üstündə əlavə yükdür və siz o yükü daşımağa məhkumsunuz.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...