Redaktor
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin faiz gəlirləri 20% azalıb
“PAŞA Kapital İnvestisiya Şirkəti” 2025-ci ildə 2 milyon 541 min 767 manat xalis mənfəət əldə edib.
Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 290 min 748 manat və ya 12,9% çoxdur.
2024-cü ildə şirkətin mənfəəti 2 milyon 251 min 19 manat olub.
Hesabat dövründə faiz gəlirləri azalıb. Belə ki, 2025-ci ildə bu göstərici ötən ilki 4 milyon 543 min 596 manatdan 3 milyon 644 min 140 manat olub. İllik müqayisədə 899 min 456 manat və ya 19,8% azalıb.
Şirkətin 2025-ci ildə faiz xərcləri 1 milyon 254 min 933 manat olub ki, bu da illik müqayisədə 1 milyon 657 min 950 manat və ya 56,9% azdır. 2024-cü ildə bu göstərici 2 milyon 912 min 883 manat idi.
Eyni zamanda, qeyri-faiz xərcləri artaraq 2025-ci ildə 6 milyon 368 min 135 manata yüksəlib. Bu, 2024-cü illə müqayisədə 975 min 70 manat və ya 18,1% çoxdur.
2025-ci ilin sonuna “PAŞA Kapital İnvestisiya Şirkəti”nin cəmi aktivləri 64 milyon 782 min 172 manata çatıb. Bu, illik müqayisədə 708 min 608 manat və ya 1,1% artım deməkdir. Bir il əvvəl bu göstərici 64 milyon 73 min 564 manat idi.
Cəmi öhdəliklər isə hesabat dövrünün sonunda 46 milyon 117 min 685 manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 1 milyon 440 min 383 manat və ya 3% azalma deməkdir. 2024-cü ilin sonunda öhdəliklərin həcmi 47 milyon 558 min 68 manat olub.
Mayya Hüseynova