Peşə Təhsilinin İnkişafı Fondunun çoxmilyonluq tenderlərini udan şirkət kimindir?

Redaktor

02.03.2026 14:30
2,194

Peşə Təhsilinin İnkişafı Fondunun çoxmilyonluq tenderlərini udan şirkət kimindir?

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Peşə Təhsilinin İnkişafı Fondu ümumi dəyəri 1 milyon 854 min 370 manat olan iki müqaviləni “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC ilə bağlayıb. 

Valyuta.Az-ın verdiyi məlumata görə, hər iki satınalma açıq tender keçirilmədən – “bir mənbə” üsulu ilə reallaşdırılıb.

Söhbət dövlət büdcəsi hesabına maliyyələşən layihələrdən gedir. Müqavilələrdən biri – 1 milyon 135 min 750 manatlıq sənəd – 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun qısamüddətli təlimlərin təşkili ilə bağlıdır. Digər müqavilə isə 718 min 620 manat məbləğindədir və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində peşə hazırlığı kurslarını əhatə edir.

Satınalmaların hər ikisi rəqabət proseduru keçirilmədən həyata keçirilib. “Bir mənbədən” satınalma o deməkdir ki, dövlət qurumu alternativ təklifləri müqayisə etmədən birbaşa seçilmiş şirkətlə müqavilə bağlayır. Qanunvericilik belə imkanı istisna hallarda nəzərdə tutur. Lakin 1,85 milyon manatlıq layihənin hansı əsasla rəqabətsiz icraçıya verildiyi açıq şəkildə izah olunmayıb.

Şirkətin təsisçisi Elm və Təhsil Nazirliyində yüksək vəzifədə çalışır

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC-nin təsisçisi kimi Vüsal Tərlan oğlu Xanlarov göstərilib.  Vüsal Xanlarov hazırda Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Baş İnformasiya direktorudur. O, bu vəzifəyə 2018-ci ilin fevralında təyin edilib. 

Şirkətin qanuni təmsilçisi, direktoru Emin Əlövsət oğlu Axundovdur. 

Sənədlərdə qanuni təmsilçi kimi adı keçən şəxslərdən biri – Samir Qaçay oğlu Məmmədov – hazırda digər nazirliklərin birində yüksək dövlət vəzifəsi tutur. O, 2008–2017-ci illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb. O, 2022-ci ildən etibarən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir.

Onun qardaşı Rəşad Xanlarov isə nazirlikdə Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiridir. Buna qədər isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışıb. 

Qardaşlar eyni zamanda “VORX” MMC-nin təsisçiləri kimi də qeyd olunurlar.

Beləliklə, milyonluq dövlət sifarişi alan şirkətin təsisçisi eyni nazirlik sistemində yüksək vəzifə daşıyır.

Maraqların toqquşması?

Burada əsas məsələ təkcə “bir mənbə” metodunun seçilməsi deyil. Sual ondadır ki, nazirliyin tabeliyində olan fond necə olur ki, eyni sistemdə çalışan şəxslərlə əlaqəli şirkətə 1,85 milyon manatlıq sifarişi rəqabətsiz qaydada təqdim edir?

Çünki dövlət satınalmalarında yalnız formal qanunilik kifayət etmir – həm də institusional məsafə və real şəffaflıq təmin olunmalıdır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...