Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də

Redaktor

29.12.2025 17:25
1,473

Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da "Bakı Ağ Şəhər"də olublar.

Valyuta.az xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlət başçısına və birinci xanıma burada icra olunmuş və hazırda həyata keçirilən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları əvvəlcə "Qarabağ atları" heykəltaraşlıq kompleksi ilə tanış olublar. Vətən müharibəsindəki Qələbəmizə həsr edilmiş və milli irsimizin rəmzi olan bu kompleks "Qarabağ atları" meydanında ucaldılıb. Kompleksdə "Soltan", "Ürək", "Sereyin", "Aypara", "Şöhrət", "Ötqəm" və "İldırım" adlı ümumilikdə 7 Qarabağ atının heykəli var.

Bu kompleksin təməlini 2022-ci ilin dekabrında Prezident İlham Əliyev qoyub. Kompozisiya amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılıb. Onun Dallas şəhərində "Mal-qara sürülməsi", Kaliforniya hava limanında "Con Ueyn" və digər əsərləri dünyaca məşhurdur.

Sonra dövlət başçısı, birinci xanım və qızları "Bakı Ağ Şəhər"də Babək kvartalında həyata keçirilən işlərlə tanış olublar. Hazırda bu layihənin icrası istiqamətində işlər uğurla davam edir. Ərazisi 31 hektar olan kvartalda yeni park, məktəb binası, metronun bənövşəyi xəttində yeni stansiya, sərnişinlərin rahat hərəkəti üçün böyük nəqliyyat qovşağı, həmçinin çoxfunksiyalı qeyri-yaşayış, ictimai və yaşayış binalarının inşası planlaşdırılır. Ərazidə kafelər, uşaq oyun meydançası və digər sosial infrastruktur yaradılacaq. Bundan başqa, yaxınlıqda 2, 3, 6, 8 və 20 mərtəbəli binalar tikiləcək.

Kvartal Bakının mühüm nəqliyyat arteriyası olan Babək prospekti, "Ağ Şəhər" çərçivəsində salınmış, üç böyük prospektlə kəsişən, eni 45 metr olan Xaqani Rüstəmov küçəsi ilə əhatə olunub. Kvartalın cənub hissəsində yerləşən, metronun "Xətai" stansiyasından keçən Süleyman Vəzirov küçəsi də Babək prospekti ilə birləşir. Bu küçədəki dairədən Babək prospektinə qədər eni 34 metr, uzunluğu isə 1 kilometrdən çox olan dördzolaqlı yol yenidən qurulub. Hazırda Süleyman Vəzirov küçəsini Babək prospekti ilə birləşdirən, eni 32 metr olan iki əlavə yol qovşağının tikintisi üzrə işlər davam etdirilir. Bu küçə boyunca piyadaların rahat hərəkəti üçün eni 7 metr olan geniş səkilər salınıb, ağac və gül kolları əkilib, yerüstü piyada keçidləri, elektrik avtomobilləri üçün enerjidoldurma məntəqəsi, yanacaqdoldurma məntəqəsi və digər zəruri infrastruktur yaradılıb. Avtomobillərin rahat hərəkəti və sıxlığın qarşısının alınması üçün zəruri yerlərdə dönmə və geriyə çevrilmə zolaqları nəzərdə tutulub. Layihə çərçivəsində məktəbin qarşısında piyadaların parka və Bakı Avropa Liseyinə rahat hərəkətini təmin etmək məqsədilə piyada körpüsü quraşdırılıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Palıd meydanı parkında ilk palıd ağaclarını əkiblər.

Qeyd edək ki, parkda çox sayda palıd, çinar, zeytun, ağcaqayın, maqnoliya, palma və digər mövsümi ağacların əkilməsi planlaşdırılır.

Dövlət başçısı, birinci xanım və qızları "Bakı Ağ Şəhər"də Zaman meydanı və buradakı piyada körpüsünün açılışında da iştirak ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülmüş işlər barədə məlumat verib.

Uzunluğu 234, eni isə 7-13 metr arasında dəyişən körpü "Bakı Ağ Şəhər"də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq. Piyadalar onun vasitəsilə 8 Noyabr prospektində yerləşən Zaman meydanına, Babək prospektindən Mərkəzi Park rayonuna, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər metronun yeni "Ağ Şəhər" stansiyasına keçidi təmin edəcək.

8 Noyabr küçəsində yerləşən və 8 min kvadratmetrə yaxın ərazini əhatə edən Zaman meydanı gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunub. Bura incəsənət və mədəniyyət həvəskarlarının məkanına çevrilib. Belə ki, meydanda bir çox yerli və xarici məşhur sənətkarların əsərləri nümayiş olunur. Meydan dünyada məşhur rəssam Konstantin Krik tərəfindən məhz "Bakı Ağ Şəhər" layihəsi üçün hazırlanmış 7 saatdan ibarət "Seven Public Clocks" kompozisiyası ilə bəzədilib. Konstantin Krikin 1999-cu ildə yaratdığı "Six Public Clocks" adlı eyni sənət instalyasiyası hazırda Londonda yerləşir və məşhur rəmzlərdən birinə çevrilib.

Meydanda yerləşən Cozef Klibanskinin "Buludların üstündə" adlı bürünc kompozisiyası da maraqla qarşılanır. Ağ Şəhərin mərkəzi yollarından biri olan Bulvar küçəsində müasir britaniyalı heykəltaraş Saymon Qadcenin "Nur axtarışında" heykəli də quraşdırılıb. Bu heykəl dünyanın müxtəlif ictimai yerlərində, o cümlədən Londondakı "Riverside Walk Garden" və "Hyde Park" komplekslərində qoyulub. Saymon Cadcenin xüsusi olaraq "Bakı Ağ Şəhər" üçün hazırladığı "Flaminqo" əsəri də tezliklə buradakı Dağdağan parkını bəzəyəcək.

Qeyd edək ki, bu ərazi 150 ildən çox neft sənayesi tullantıları ilə həddindən artıq çirkləndiyi və burada çoxsaylı neft gölməçələri yarandığı üçün bir vaxtlar "Qaraşəhər" kimi tanınırdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu ərazi dünya miqyasında nadir ekoloji layihəyə, müasir yaşayış massivinə çevrilib. "Bakı Ağ Şəhər" layihəsi dünyada müasir şəhərsalma konsepsiyanın ən parlaq nümunələrindən biridir. Layihənin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb. Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və "ağıllı şəhər" prinsipləri əsasında işlənib hazırlanıb. Yaşayış binalarının əksəriyyəti MDB ölkələri arasında ilk dəfə olaraq BREEAM - beynəlxalq ekoloji sertifikatlaşdırma standartına və CRREM - karbon risklərinin qiymətləndirilməsi tələblərinə uyğun layihələndirilib. Geniş daxili küçələri, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq əsərləri ilə bəzədilmiş və şəhərsalmanın son yenilikləri nəzərə alınmaqla layihələndirilmiş "Bakı Ağ Şəhər" paytaxtın iş, yaşayış və istirahət üçün ən müasir məkanına çevrilir.

Bütün dünyanın diqqət mərkəzində olan COP29-un mənzil-qərargahının məhz "Bakı Ağ Şəhər"də olması da rəmzi məna daşıyırdı. Bu, beynəlxalq iqlim gündəliyinə mühüm töhfələr verən Azərbaycanda ekoloji, o cümlədən yaşıllaşdırma məsələlərinin həlli ilə bağlı görülən işlərin nümayişi baxımından da mühüm əhəmiyyət daşıyırdı.

***

12:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da "Bakı Ağ Şəhər"də olublar.

Valyuta.az xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və qızları burada "Qarabağ atları" heykəltəraşlıq kompleksi, həmçinin Babək kvartalında həyata keçirilən işlər ilə tanış olub, Palıd meydanı parkında ilk palıd ağaclarını əkib, "Zaman" meydanının və buradakı piyada körpüsünün açılışında iştirak ediblər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...