Proqramçı olmaq üçün riyaziyyatı mükəmməl bilmək vacibdir?
27.03.2024 14:08
1,940

Proqramçı olmaq üçün riyaziyyatı mükəmməl bilmək vacibdir?

Proqramçı Dilarə Zamanova Valyuta.az üçün yazır...

Əbəs yerə deyil ki, gənclərdən və valideynlərdən soğru aparıldıqda hər zaman ən tələbatlı sahə kimi IT sahəsi ön plana çıxır. Lakin ardınca da sual yaradan bir məsələ insanları düşündürür: Riyaziyyat biliyi nə dərəcədə lazımdır?

Maraqlıdır, hazırkı dövrün və gələcəyin ən tələbatlı  sahəsi IT öyrənmək üçün ali dərəcədə riyaziyyat biliyinə ehtiyac varmı? Riyaziyyat biliklərimiz zəif də olsa, biz proqramçı ola bilərik?

Bu sualın cavabı ikişaxəlidir. Çünki IT-nin elə sahələri var ki, onları öyrənmək üçün mütləq ali riyaziyyat biliyi tələb olunur. Məsələn, əsl kompüter mühəndisi olmaq üçün biz “Backend”(Arxa hissə IT) bilməliyik. “Backend” hissə bir neçə proqramlaşma və makinə dilinə bölünür. Bunlar sırası ilə “PHP”, “Java”, “Python”, “C”, “C++”, “C#”-dir ki, bu dillərin hər birində alqoritm yaratmağa ehtiyac olur Alqoritm yaratmaq üçün isə bizim ali riyaziyyata ehtiyacımız var. Əlavə olaraq misalların da haradasa hər birində intagerdən, yəni daim tam olan rəqəmlərdən istifadə olunur ki, bu da misallarda tez-tez riyazi misallar həll etməli olduğumuzun göstəricisidir.

Buna baxmayaraq “Mən proqramçı olmaq istəyirəm, amma riyaziyyatım yaxşı deyil” deyən adamlar da heç heyfsilənməməlidir. Çünki proqramlaşdırma tək "Backend"dən ibarət deyil, “Frontend”(qabaq üz) də var ki, bu web dizayn hesab olunur və biz “Frontend”in yardımı ilə bütün saytımızı və mobil tətbiqlərimizi yarada bilirik. Və ən əsası “Frontend” öyrənən zaman bizə ali riyaziyyat deyil, orta riyaziyyat kifayət edir. Çünki bəzi elementlərin ortalaması, kalkulyator və başqa bir neçə detalı çıxmaqla demək olar ki, "Frontend"də riyazi misallardan çox istifadə olunmur. 

Deyək ki, "Frontend"i öyrəndiniz və "full stack" developer olmaq üçün "Backend"i də öyrənmək istəyirsiniz, amma riyaziyyatınız hələ də güclü deyil, bunun da çarəsi var. Belə ki, siz "Frontend"i öyrənərkən eyni zamanda riyaziyyat məşğələlərinə gedərək, riyaziyyatınızı da gücləndirib, "Frontend"ə əlavə olaraq, "Backend" dillərindən ən az birini və ya bir neçəsini də öyrənərək "full stack" developer ola bilərsiniz.

Proqramçı olmaq üçün riyaziyyatı mükəmməl bilmək vacibdir?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...