Redaktor
Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya ödəyəcək
Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcək.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin birgə bəyanatında deyilir.
Qeyd olunub ki, Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər:
"Atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir. Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək".
Xatırladaq ki, 2024-cü ilin dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Qeyd edək ki, təyyarə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznı üzərində vurulub.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Uber" strategiyasını dəyişir: Sürücüsüz taksilərə 10 milyard dollar investisiya..
15.04.2026Azərbaycanda yaxın 4 ildə orta illik inflyasiyanın 5%-dən aşağı olacağı gözlənilir
15.04.2026Bu şəxslərin maaşları artırılıb
15.04.2026Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq
15.04.2026Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi
15.04.2026"Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb
15.04.2026Əli Əsədov Tahir Budaqovu Azər Mursaqulovla əvəzlədi
15.04.2026
"Xalq Bank"ın mənfəəti 2,5 milyon manat azalıb
15.04.2026Hərbi qeydiyyatla bağlı yeni qaydalar təsdiqləndi
15.04.2026Yaxın 5 ildə manatın məzənnəsinin sabit qalacağı gözlənilir
15.04.2026Azərbaycanın dövlət borcu yaxın 2 ildə 29 milyard manata çata bilər
15.04.2026"Bank Respublika"da diqqətçəkən azalma: nağd vəsaitləri 58%-dən çox azalıb
15.04.2026Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya ödəyəcək
15.04.2026Nazir müavini təyin olunan agentlik rəisinin yerinə təyinat
15.04.2026Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?
15.04.2026Tramp: Neftin qiymətləri noyabra qədər sabitləşə bilər
15.04.2026Mərkəzi Bank üç şirkəti cərimələyib
15.04.2026