Redaktor
“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”
Son iki ildə Azərbaycanın sığorta bazarında ödənişlər 57%-ə yaxın, sığorta haqları isə 23% artım nümayiş etdirib.
Valyuta.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda deyib.
Onun sözlərinə görə, sığorta bazarında müşahidə olunan müsbət dinamika rəqəmlərdə də özünü göstərir: “Son iki il ərzində sığorta haqları 23% artaraq 1,5 milyard manata, sığorta ödənişləri isə 57% artaraq 0,9 milyard manata çatıb. Eyni zamanda sektorun aktivləri 18% artaraq 2,1 milyard manata yüksəlib. Sektorun kapital mövqeyi əhəmiyyətli dərəcədə güclənmiş və məcmü kapitalın həcmi requlyativ kapital tələbini iki dəfə üstələyib. Bu göstəricilər sığorta sektorunun sağlam inkişaf trayektoriyasında olduğunu və maliyyə sabitliyinin daha da möhkəmləndiyini nümayiş etdirir”.
O əlavə edib ki, sığortaçılarda yeni idarəetmə modelinin tətbiqinə başlanılıb: “Sığortaçıların idarəetməsində komitələrin vacibliyi artırılıb, müstəqil üzvlərin idarəetmə orqanlarının iştirakı genişləndirilib. Daxili nəzarət və risklərin idarəetmə xətləri formalaşdırılıb. Bu isə sığortaçıların fəaliyyətinin ən yaxşı beynəlxalq təcrübəyə uyğun qurulmasına imkan vermişdir".
Sərvanə Rəmixanova
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərASA sədri: “Məqsədimiz təkcə sığorta həcmlərini böyütmək deyil, onun insanların həyatında daha çox yer tutmasıdır”
24.06.2026İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub
24.06.2026“ByteDance"dan süni intellekt sahəsində yeni addım
24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL
24.06.2026Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb
24.06.2026“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”
24.06.2026"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub
24.06.2026İlon Mask trilyonçu statusunu itirib
24.06.2026