Redaktor
"Təşkilatlarda ən böyük problemlərdən biri ifadə azadlığının olmamasıdır"
Sürətli dəyişən və qeyri-müəyyənliklə xarakterizə olunan müasir dövrdə təşkilatlarda idarəetmə və komanda davranışlarının rolu daha da artır.
Valyuta.az xəbər verir ki, bunu Sabancı Universitetinin Sənət və Sosial Elmlər Fakültəsinin müəllimi, Təməl İnkişaf Proqramının direktoru Emre Erol Bakıda keçirilən Biznes Liderləri Zirvəsində çıxışı zamanı deyib.
O bildirib ki, bu gün biznes dünyası sürətli transformasiya dövründən keçir və rəhbərlər artıq “gözləmək” lüksünə sahib deyil:
“Biz hamımız çox sürətli dəyişimin içindəyik. Gözləməyə vaxtımız yoxdur və öyrənməli olduğumuz çox şey var. Bu vəziyyət insanlarda tələskənlik hissi yaradır. Amma əsas məsələ tələsmək deyil, düzgün idarəetmə modelini qurmaqdır”.
Emre Erol idarəetməni izah etmək üçün dörd əsas anlayış irəli sürdüyünü qeyd edib: ifadə, razılıq və bağlılıq.
Onun sözlərinə görə, dəyişiklik və qeyri-müəyyənlik şəraitində təşkilatların uğuru bu dörd elementin düzgün qurulmasından asılıdır:
“İnsanlar bəzən rəhbərlikdə tələskən qərar verməyə meyilli olur. Amma ifadə, razılıq və bağlılıq düzgün işlədikdə təşkilatlar daha dayanıqlı olur”.
O əlavə edib ki, təşkilatlarda ən böyük problemlərdən biri ifadə azadlığının olmamasıdır:
“Əgər insanlar problemləri açıq şəkildə deyə bilmirsə, səhvlər gizlədilir və bu da daha böyük risklər yaradır. Psixoloji təhlükəsizlik olmayan mühitdə real problemlər görünməz qalır”.
Çıxışın sonunda Emre Erol vurğulayıb ki, düzgün idarəetmə modeli üçün ilk addım ifadədir və yalnız bundan sonra məna, rıza və bağlılıq mərhələləri formalaşa bilər:
“Əgər ifadə varsa, anlayış formalaşır. Anlayış varsa, rıza yaranır. Rıza varsa, bağlılıq güclənir. Bu dörd element birlikdə olduqda təşkilatlar qeyri-müəyyənlik dövründə daha dayanıqlı olur”.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub
24.06.2026İlon Mask trilyonçu statusunu itirib
24.06.2026