Redaktor
Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?
Böyük şirkətlərdə zaman-zaman ixtisarlar baş verir və bu, əməkdaşlar arasında narahatlıq yaradır. Bəzən iş yerlərinin ixtisarı qaçılmaz olur və bəzi əməkdaşlar adlarını ixtisar siyahısında görürlər. Digərləri isə belə bir vəziyyətlə üzləşməmək üçün nə etməli olduqlarını düşünürlər.
Bəs şirkətlərdə ixtisara düşməmək üçün hansı addımları atmaq lazımdır? Əməkdaşlar nələrə diqqət etməlidir?
“Kred Aqro” BOKT-da İnsan Resursları və Biznes Tərəfdaşlığı Departamentinin direktoru Naira Tağıyeva Valyuta.az-a bildirib ki, ixtisarlar hər zaman əməkdaşın peşəkarlıq səviyyəsinin və ya iş performansının zəif olması ilə bağlı olmur:
"Əksər hallarda bu qərarlar şirkətin strategiyası, struktur dəyişiklikləri, optimallaşdırma proqramları, texnoloji transformasiya və ya maliyyə amilləri əsasında qəbul edilir.
Bununla belə, əməkdaşlar peşəkar dayanıqlılıqlarını artırmaq üçün biznes üçün yaratdıqları dəyəri görünən etməli, dəyişən tələblərə uyğun olaraq bilik və bacarıqlarını davamlı inkişaf etdirməli, yalnız vəzifə öhdəlikləri ilə kifayətlənməyərək əlavə təşəbbüslər göstərməli, çevik olmalı və yeni proseslərə, texnologiyalara sürətlə uyğunlaşmalı, güclü əməkdaşlıq və effektiv kommunikasiya qurmalı, həmçinin şirkət daxilində müxtəlif layihələrdə iştirak edərək ekspertiza və təcrübələrini genişləndirməlidirlər".

"Eyni zamanda, peşəkar yanaşma tələb edir ki, hər bir əməkdaş yalnız mövcud vəzifəsini deyil, həm də öz karyerasını idarə etsin. Bu baxımdan əmək bazarını mütəmadi izləmək, peşəkar əlaqələr şəbəkəsini genişləndirmək və rəqabət qabiliyyətini qorumaq vacibdir. Nəticə etibarilə, ixtisardan yayınmağın universal formulu yoxdur. Lakin yüksək performans nümayiş etdirmək, davamlı inkişaf yönümlü olmaq və biznesə real töhfə vermək əməkdaşın peşəkar dayanıqlılığını artıran əsas amillərdən hesab olunur", - deyə N.Tağıyeva əlavə edib.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Bakıda kovorkinq mərkəzləri neçəyədir? - Qiymətlər və xidmətlər
"Əsl güc adınızın qarşısında “Təsisçi” yazılmasında deyil”
Şirkət daxilində fond yaradılır, kollektivə "maaşınızdan tutulma olacaq" deyilir - İşçi icazə verməsə, mümkündür?
Bazar günü işə gəlməyən işçi işdən çıxarıla bilər? - Hüquqşünas açıqladı
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub
24.06.2026İlon Mask trilyonçu statusunu itirib
24.06.2026