Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual
“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov “Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual” haqqında yazır...
1. Şirkətin idarə olunmasında strategiyanın rolu (strateji yetkinlik səviyyəsi). Yəni idarəetmə (qərarlar, xərcləmələr, prioritetlər və s.) nə dərəcədə strategiyaya əsaslanır?
2. Şirkətdə korporativ mədəniyyətin formalaşma səviyyəsi. Şirkət dəyərləri müəyyən olunubmu? Bu dəyərlər idarəetmədə rəhbər götürülübmü?
3. Şirkət müasir trendlərlə, texnologiyalarla (digitallaşma və s.) nə dərəcədə ayaqlaşır? Ümumiyyətlə, şirkətin innovativliyi.
4. Şirkətdə ümumi iş mühiti, komanda ruhu. İş mühiti nə dərəcədə işçiləri həvəslə işləməyə təşviq edir və ya nə dərəcədə toksikdir?
5. İdarəçilərin səriştə və bacarıqları yerindədirmi?
6. Şirkətdə ümumi bacarıq-səriştə boşluqları, ümumi öyrənmə mühiti nə yerdədir?
7. İdarəetmənin planlama funksiyası necə işləyir? Planlama, planlı iş mədəniyyəti nə yerdədir?
8. BPM (biznes proses menecmenti). Biznes proseslər nə dərəcədə optimaldır?
9. Data menecement sistemi. Analitika və hesabatlığın səviyyəsi.
10. Şirkətin dəyişikliyə açıqlığı, çevikliyi və elastikliyi.
11. Şirkətdə icra mədəniyyətinin səviyyəsi. İcra mexanizmi effektivdirmi? “Deadline”lar (İşin təhvil verilməsi üçün təyin edilən son tarix) gözlənilirmi və s.
12. Şirkətdə performans mədəniyyəti/sistemi, nəticə-yönümlülük hansı dərəcədədir?
13. İşçilər şirkətin nə iş gördüyünü, vizyonunu, strategiyasını, məqsədini, missiyasını, planlarını nə dərəcədə anlayır?
14. Şirkətdə sistem düşüncəsi, sistem yanaşması nə dərəcədə oturuşub?
15. Maliyyə sisteminin və hesabatlığının vəziyyəti.
16. Müştəri-yönümlülük, müştəri-mərkəzli mədəniyyət hansı vəziyyətdədir?
17. Şirkətdə aydınlıq vəziyyəti. Aydın struktur, aydın iş bölgüsü, aydın qərarvermə mexanizmi və s.
18. Şirkətin fərqindəlik səviyyəsi. Bazardakı mövqeyi, zəif cəhətləri, rəqibləri, imkanlar, təhlükələr və s. barədə fərqindəlik varmı?

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026