Asim Həsənov
İnsan Resursları üzrə mütəxəssis
Tələbəyəm, nə vaxt iş axtarmağa başlamalıyam?
Bu sual sizi düşündürürsə, artıq doğru yoldasınız deməkdir.
Ən gec 3-cü kursdan etibarən hazırlıq mərhələsinə başlayın.
Əgər 1-2-ci kursda əsas diqqətiniz dərslərə yönəlibsə, 3-cü kurs – “karyera planlaşdırması üçün ideal dövr” sayılır. Bu mərhələdə artıq:
• Həvəs və maraqlarınız daha aydındır;
• Zəif və güclü tərəflərinizi tanıyırsınız;
• Hansı sahədə işləmək istədiyinizi az-çox sezirsiniz.
İş tapmasan belə, karyeran üçün addımlar ata bilərsən
İş axtarışı sadəcə maaş üçün deyil, təcrübə qazanmaq və özünü tanıtmaq üçündür. Aşağıdakıları etdikcə, şans sənə daha çox yaxınlaşacaq:
CV hazırla – Birinci CV həmişə sadə olur, amma onu yeniləmək sənə inkişafı hiss etdirəcək.
Müsahibələrə qatıl – Təcrübə toplamaq üçün belə müsahibəyə getmək öyrədicidir.
Sahə ilə əlaqəli tədbirlərə get – Təlimlər, karyera sərgiləri, onlayn seminarlar.
LinkedIn və Telegram kanallarında aktiv ol – Şəbəkəni qurmağa erkən başla.
Bacarıqlarını artır – Excel, Canva, yazılı ünsiyyət, e-mail etikası və s.
İş tapsan, itirməyə tələsmə — razı qalınsa, davam edə bilərsən
Bəzən tələbələr deyir: “Dərs başlayır, işi tərk etməliyəm.” Amma reallıqda bir çox iş yerləri – xüsusilə startaplar və ya gənc komandalar – tələbənin təhsilini nəzərə alır.
Əgər:
• İş sənə uyğun gəlirsə,
• Rəhbərlə açıq ünsiyyət qura bilirsənsə,
• Dərs saatları ilə razılaşmaq mümkündürsə,
onda tam və ya qismən uzaqdan (remote) çalışmağını təklif edə bilərsən.
Ən əsası: yaxşı işləyirsənsə, onlar səni itirmək istəməzlər.
Uğursuzluq varsa, bu da qazancdır.
İş tapa bilmədin? Problem deyil. Çünki sən artıq:
• CV yazmağı öyrənmisən;
• Müsahibəyə necə hazırlaşmaq lazım olduğunu bilirsən;
• İş mühitinin nə olduğunu anlamağa başlamısan.
Bu bilikləri 4-cü kursda və ya məzun olduqdan sonra istifadə etdikdə, rəqiblərindən bir addım öndə olacaqsan.
Sonda
Tələbəlik sadəcə diplom almaq üçün yox, özünü tanımaq üçündür.
İş axtarma prosesi də bu tanımanın bir hissəsidir. Heç bir təcrübə boşa getmir. İndi atılan addımlar, gələcək uğurların təməlini qoyur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"iPhone 18 Pro"nun batareya sürprizi: Hər ölkədə eyni olmaya bilər
02.06.2026Bakı Metropolitenində yeni təyinat olub - FOTO
02.06.2026Müəllimlərin nəzərinə - sənəd qəbulu başlayır
02.06.2026“Meqa Sığorta”nın yığımları 7,7% azalıb, ödənişləri 13,1% artıb
02.06.2026Milli Kibertəhlükəsizlik Agentliyinin nizamnamə fondu 400 min manatı ötəcək
02.06.2026Azərbaycan qızıl ixracından nə qədər qazanıb?
02.06.2026Azərbaycanda 152 min nəfər xüsusi pensiya alır
02.06.2026Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026