Redaktor
"YouTube"da mesajlaşmaq mümkün olacaq
"YouTube" mobil tətbiqində birbaşa mesajlaşma (DM) funksiyasının testini genişləndirib.
Valyuta.az xəbər verir ki, əvvəllər yalnız Polşa və İrlandiyada sınaqdan keçirilən bu funksiya artıq 31 Avropa ölkəsində istifadəçilər üçün əlçatan olub.
Şirkətin məlumatına görə, yeni funksiya istifadəçilərə "YouTube" tətbiqi daxilində digər istifadəçilərə mesaj göndərmək və videoları birbaşa paylaşmaq imkanı yaradır. Bu xüsusiyyət yalnız 18 yaşdan yuxarı və "YouTube" hesabına daxil olmuş istifadəçilər üçün aktivdir.
Mesajlaşma funksiyası vasitəsilə istifadəçilər digər şəxslərə dəvət göndərə və onların dəvəti qəbul etdikdən sonra videoları və mesajları birbaşa tətbiq daxilində paylaşa bilərlər. Dəvət qəbul edildikdə istifadəçiyə bildiriş göndərilir.
Hazırda funksiyanın sınaqdan keçirildiyi ölkələr arasında Fransa, Almaniya, İtaliya, İspaniya, Niderland, İsveç, Norveç, Danimarka, Belçika və İsveçrə də daxil olmaqla ümumilikdə 31 Avropa ölkəsi yer alır.
Qeyd edək ki, "YouTube" tətbiqində birbaşa mesajlaşma funksiyası ilk dəfə 2017-ci ildə təqdim olunmuş, lakin 2019-cu ildə ləğv edilmişdi. Şirkət 2025-ci ilin noyabr ayında bu funksiyanı yenidən məhdud test formatında istifadəyə verib.
Hazırda isə bu test proqramı daha geniş istifadəçi auditoriyasını əhatə edəcək şəkildə genişləndirilir. ABŞ istifadəçiləri isə hələlik bu sınaq proqramına daxil edilməyib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"iPhone 18 Pro"nun batareya sürprizi: Hər ölkədə eyni olmaya bilər
02.06.2026Bakı Metropolitenində yeni təyinat olub - FOTO
02.06.2026Müəllimlərin nəzərinə - sənəd qəbulu başlayır
02.06.2026“Meqa Sığorta”nın yığımları 7,7% azalıb, ödənişləri 13,1% artıb
02.06.2026Milli Kibertəhlükəsizlik Agentliyinin nizamnamə fondu 400 min manatı ötəcək
02.06.2026Azərbaycan qızıl ixracından nə qədər qazanıb?
02.06.2026Azərbaycanda 152 min nəfər xüsusi pensiya alır
02.06.2026Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026