Rəhbər əməkdaşlarla səmimi olmağa çalışmalıdır? – Anar Bayramov yazır
Anar Bayramov,
“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant
Səmimiyyət yaxşıdırmı? Bəli.
Tabeliyimizdəki əməkdaşlarla mümkün qədər səmimi olmağa çalışmalıyıqmı? Bəli.
Məsələ ondadır ki, səmimiyyət hər şeyi demək anlamına gəlməməlidir. Təsəvvür edin, yuxarı rəhbərliklə (və ya sahibkarla) olan bütün söhbətləri olduğu kimi tabeliyindəki işçilərlə paylaşırsan və ya əksinə.
Bəzi idarəçilər burda təcrübəsizliyə yol verirlər, sonra həmin “məngənə”də əzilirlər. Misal üçün, yuxarı rəhbərlikdə hansısa işçi haqqında yanlış təsəvvür var, xoşu gəlmir ondan. Bu təsəvvürü dəyişmək, obyektiv qiymətləndirməyə nail olmaq menecer kimi sənin işindir. Əvəzində həmin yanlış təsəvvürü sözügedən işçi ilə paylaşmağın heç kimə faydası olmaz, şirkətə ziyanı olar.
İdarəçi malik olduğu bütün məlumatları tabeliyindəki işçi ilə (yaxın dostu olsa belə) paylaşmaq məcburiyyətində deyil. Bunu həmin işçi (lər) də başa düşməlidir.
Peşəkar yanaşma, biznes etikası bunu tələb edir. Yəni işçilərimizlə (hər kəslə) dürüst olmalıyıq, mümkün qədər səmimi olmalıyıq (buna maksimum çalışmalıyıq), amma hər şeyi demək məcburiyyətimiz yoxdur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026