Nə qadınlar çox xərcləyir, nə də kişilər az
08.03.2025 16:50
794

Nə qadınlar çox xərcləyir, nə də kişilər az

Ruzanna Bəşirova
        Xərclər üzrə konsultant

Belə təəssürat yaradılıb ki, qadınlar daha çox pul xərcləyirlər. Doğrudan belədir? Əslində, nə qadınlar çox xərcləyir, nə də kişilər az. 

Bir az araşdırma edib işin qaynaqlandığı səbəblərə baxdıqda, ortaya başqa bir mənzərə çıxır. Bir qadının xərclədiyi məbləğ düşüncəsi ilə şüuraltındakı fərq qədərdir. Ondan nə bir sikkə artıq, nə də bir misqal əskikdir. 

Bəs qadınların düşüncələri ilə şüuraltındakı fərq nədir? Ümumiyyətlə, belə bir fərq nədən yaranır?

Psixoloji araşdırmalar zamanı məlum olur ki, insanların əslində bahalı məhsullara və ümumiyətlə gərəyindən artıq pul xərcləmələrinə səbəb heç də onların fiziki ehtiyacları deyil. Bu daha çox natamamlıq kompleksindən irəli gəlir. İnsan duyğusal varlıqdır və hər zaman sevgi, diqqət, qayğı, nəvaziş kimi duyğuları yaşamağa ehtiyac duyur.
Bu gün coğrafiyamızda yetişkin olan fərdlər uşaqlıq, yeniyetməlik, gənclik və cavanlıq dövrlərində bu duyğuları doya-doya yaşaya bilmədikləri üçün zamanımızda ortaya yaşana bilməyən duyğularını ört-basdır edən, başqa nəsnələrlə pərdələyən qadınların yetişdirdiyi bir cəmiyyət formalaşıb.

Hər zaman duyğularını başqa proseslərlə gizlətməyə çalışan insanlar bunu ən yaxşı yemək və xərcləməklə əvəz edə biliblər. 

Buna görə də xərclərin bu qədər artması gündəlik bir prosesə çevrilib. Müqayisədə qadınlar həm fiziki-bioloji həm də mənəvi olaraq, kişilərdən daha duyğusal olduqları üçün daha çox xərcləyirlər.

Qadın istər ailədən, istər iş mühitindən, istərsə də partnyorundan görmədiyi sevgini, nəvazişi, qayğını, diqqəti, mərhəməti, şəfqəti, anlayışı zamanla madiyyat xərcləməklə tamamlamağa çalışır.

Xərcləmələrə səbəb olan əsas faktorlardan biri və bəlkə də birincisi natamalıq kompleksidir.

Qadın düşüncəsində özünü çox qiymətli, dəyərli, birinci hiss etdiyi halda şüuraltında olan tamamlanmamış özgüvən, bilik, bacarıq, şəxsi inkişaf onun əksik tərəfləri olduğu üçün bu iki reallıq arasında fərq yaranır. Zamanla bu fərq böyüməyə və kəskinləşməyə başladıqca xərclər də eyni sürətlə artır.

Məsələnin ən ağır tərəfi isə odur ki, bu qədər xərclənən məbləğlər doğru təyinatla olmadığı üçün insanı xoşbəxt də etmir. Və beləcə uçurum və yalnış istiqamətə atıldığı üşün geri qayıdıb insanı daha da incidən ox kimi bir bumeranq yaranır.

İnsan duyğularını tanıdığı və onları yaşadığı zaman isə problemin kökü həll olunduğundan xərclər məsələsi də öz özlüyündən aradan çıxır. Lap “qaranlığı lənətləməkdənsə, bir şam yandır, qaranlıq özü yox olacaq” misalı kimi.

Əgər düşünürsünzsə ki, qadınlar çox xərcləyir, deməli onlara yetərincə vaxt ayırmır, sevmir, qayğı və nəvaziş göstərmirsiniz. Xanımınızın xərcini azaltmaq üçün ona göstərəcəyiniz sevgini artıra bilərsiniz.

Unutmayın sevgi, görəni də, göstərəni də sağaldır. Bir qadına şəfqət göstərib saçının qoxusunu sevsəniz, əmin olun ki, o sizi və ya başqa birini bəyəndirmək üçün vitrindəki ən bahalı ətiri əldə etməyə can atmayacaq.

Bir qadının hazırladığı yeməyi, sizin üçün göstərdiyi səyi təqdir etsəniz, sadəcə bəzi xatirələrin olması üçün restoranda yeməyə getmək istəyəcək, o da az-az hallarda.
Bir qadının əməyini, səylərini təqdir etsəniz, o özünü sizə gözəl göstərmək, sevdirmək üçün nə ən bahalı paltarlara, nə də ən bahalı kosmetik məhsullara can atayacaq.
Qadınların çox xərcləmələrinə səbəb olan əslində elə biz özümüzük. İnsanları süni şəkildə görünüş olaraq dəyişməyə deyil, onların xoşbəxt olmaları üçün həyatlarına toxunmağı bacardığımız zaman bütün əlavə xərclər yox olub gedəcək.

Nə qadınlar çox xərcləyir, nə də kişilər az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı

22.02.2026

Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video

22.02.2026

Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?

22.02.2026

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Məzənnə

Yüklənir...