20 manat borc verə bilərsən? - Yox da demək olmur, geri istəmək də
Ruzanna Bəşirova
Xərclər üzrə konsultant
20 manat borc verə bilərsən?
Bu cümləni artıq demək olar ki, hər birimiz tez-tez eşitməyə başlamışıq.
İnsanlar başqalarından böyük məbləğdə borc götürə bilmədikləri üçün o məbləği hissələrə bölərək bir neçə nəfərdən kiçik məbləğlərdə istəməyə başlayıblar. Ən pis tərəfi odur ki, məbləğ kiçik olduğu üçün borc götürən qaytarmır, borc verən isə utandığından istəyib geri ala bilmir.
Əslində, məsələn, 20 manatla ciddi ziyana düşmürük, amma bu hal təkrarlandıqda və bir neçə nəfər artıq bu cür yanaşdıqda, məbləğ böyüyür. Bir insanın çevrəsindəki 4-5 nəfər ondan 15-20 manat borc götürdükdə, bu, borc verən insan üçün aylıq 85-100 manat arası itirilən məbləğə çevrilir ki, bu isə heç də kiçik məbləğ deyil.
Dövriyyədə olan kiçik məbləğdə götürülüb geri qaytarılmayan borcların miqdarı isə artır.
Borc mövzusunda məsləhət gördüyümüz isə hətta etibar etdiyiniz insanlarla belə aranıza borc kimi bir məsələnin girməsinə imkan verməyin. Çünki proses elə gedə bilər ki, hətta cüzi bir məbləğə görə yaxşı münasibətləriniz də korlana bilər.
Qaldı ki, borc götürənin vəziyyətinə, heç kimin 20 manatla həyatı dəyişmir və ya vəziyyəti ölüm-dirim məsələsinə çevrilmir.
Əgər bir insan büdcəsini düzgün planlaya bilməyib kiçik məbləğdə borc götürmək istəyirsə, o insan sizin borcunuzu qaytarmayacaq. Və ən əsası hazırda kredit kartları və bank kreditləri çox əlçatandır.
Bu cür hallarda ilk olaraq şəxsin niyə kredit kartlarından istifadə etmədiyini soruşmaq lazımdır. Əgər borcu nə üçün istədiyini və kredit kartının niyə olmadığını və ya istifadə etmədiyini əsaslı şəkildə izah edə bilsə, borc vermək artıq sizin şəxsi qərarınıza bağlıdır. Digər halda isə borc vermək tövsiyə olunmur.
Şəxsi fikrimə gəldikdə isə, əməkhaqqının nə qədər az olmasından asılı olmayaraq düzgün büdcə planlaması etdikdə insanlardan borc almadan da keçinmək mümkündür. Ən pis hallarda isə bank krediti və ya kredit kartlarından istifadə etmək daha yaxşı effekt verir. İnsanlar bank kreditlərinə qarşı daha məsuliyyətlə yanaşır, nəinki dost-tanışdan alınan borcu geri qaytarmağa.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026