Redaktor
200 milyon dollar yatırım alan fintech startapı iflas etdi
E-ticarət şirkətləri üçün korporativ kredit kartları və bank xidmətləri təqdim edən ABŞ fintech startapı Parker fəaliyyətini dayandıraraq iflas üçün müraciət edib.
2019-cu ildə Y Combinator proqramında iştirak edən şirkət indiyədək 200 milyon dollardan çox investisiya cəlb etmişdi. Parker xüsusilə e-ticarət bizneslərinin pul axınını analiz edən xüsusi kredit qiymətləndirmə sistemi ilə tanınırdı.
Şirkətin iflas sənədlərinə əsasən, aktivləri və borcları 50-100 milyon dollar arasında dəyişir. Parker-in 100-dən çox kreditorunun olduğu bildirilir.
Məlumatlara görə, şirkət son dövrlərdə potensial satış danışıqları aparsa da, razılaşma baş tutmayıb. Bu uğursuzluqdan sonra startap qəfil fəaliyyətini dayandırıb.
Şirkətin CEO-su Yacine Sibous iflasla bağlı rəsmi açıqlama verməsə də, son paylaşımında “həddindən artıq işçi qəbulunun və emosional qərarların” səhv olduğunu bildirib.
Tənzilə Ağabalayeva