“500 manatdan az büdcə ilə biznesdə ilkin addım atmaq realdır”

Redaktor

22.05.2026 14:25
328

“500 manatdan az büdcə ilə biznesdə ilkin addım atmaq realdır”

Ətrafımızda biznes quran şəxslərlə söhbət etdikdə və ya biznes müsahibələrinə diqqət etdiyimiz zaman biznesə yatırılan ilkin büdcə diqqətimizi çəkir. Əgər bir şəxs "az büdcə ilə bu işə başladım", "500 manatla bu yola addım atdım" və s. kimi cümlələr deyirsə, bunu əzmkarlıq nümunəsi kimi görənlər olsa da, kiçik məbləğlərlə biznes qurmağın mümkün olmadığını deyənlər də az deyil.

Bəs kiçik büdcə ilə biznesə başlamaq realdır, yoxsa sadəcə danışılan hekayədir?

Valyuta.az-a danışan “Mediamark” Digital Agentliyinin təsisçisi Orxan Rzayev bildirib ki, burada əsas baxılmalı məqam hansı biznesdən söhbət getməsidir: "Söhbət əgər zavod və ya fabrik açmaqdan gedirsə, təbii ki, burda ciddi büdcədən söhbət getməlidir. Çünki zavod qurmağa böyük vəsaitlər lazımdır. Əgər müasir bizneslər, yəni, onlayn platforma və xidmətlər nəzərdə tutulubsa, indiki zamanda nəinki 500 manatla, daha az büdcə ilə ilkin addım atmaq realdır”.

Ekspert bildirir ki, süni intellekt (Sİ) alətləri iş qurma prosesini xeyli asanlaşdırıb: “Bir nəfərin süni intellektin köməyi ilə bir neçə nəfərin işini görməsi mümkündür. Bununla ideyasını inkişaf etdirə və biznesə çevirə bilir. Bu, hazırda dünyada çox məşhurdur. Bir şəxs ideyasını həyata keçirmək istəyirsə, o, ideyasına professional mütəxəssis rəyi ala, ilkin təqdimat faylını hazırlaya, ilkin dizaynını, ilkin mobil tətbiq versiyasını və veb-saytını hazırlada bilir. İlkin marketinq strategiyası yaradır və başlayır. Biznesə başlanılacaq bütün ilkin addımları süni intellekt alətlərinin köməyi ilə bir nəfər həyata keçirə bildiyi üçün indiki dövrdə bu cür bizneslərə başlamaq daha rahatdır”.

“Qəbul etməliyik ki, bu rahatlıq sayəsində daha çox insan eyni mövzuda, eyni xidmət sahəsində məhsullar çıxara bilir. Yəni, rəqabət sürətli şəkildə artır. Deyə bilərik ki, indi məhsul çıxarmaq asandır, amma onu real biznesə çevirmək, gəlir əldə ilə etmək faiz etibarilə daha çətindir. Burada ən mühüm faktor bui görən şəxslərin təcrübələri, bacarıqları, netvörkinqi, işə sərf etdikləri vaxt və bu işi sevməsidir” – deyə O.Rzayev qeyd etdi.

Nuranə Mübariz

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...