Redaktor
ABB-nin faiz xərcləri 107 milyon manatı ötüb
ABB Bank 2026-cı ilin I rübü üzrə mənfəət və zərər hesabatını açıqlayıb.
Valyuta.az xəbər verir ki, bankın hesabat dövründə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 68,39% və ya 44 milyon 905,22 min manat artaraq 110 milyon 569,76 min manata çatıb. 2025-ci ilin eyni dövründə bu göstərici 65 milyon 664,54 min manat təşkil edib.
Hesabat dövründə bankın faiz gəlirləri və xərclərində də artım qeydə alınıb. Belə ki, 2026-cı ilin I rübündə faiz gəlirləri 295 milyon 84,25 min manat olub ki, bu da illik müqayisədə 14,52% və ya 37 milyon 415,75 min manat artım deməkdir.
Faiz xərcləri isə 28,18% və ya 23 milyon 541,3 min manat artaraq 107 milyon 92,33 min manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bankın faiz gəlirləri 257 milyon 668,50 min manat, faiz xərcləri isə 83 milyon 551,03 min manat olub.
Bankın müştərilərə verilən kreditlər üzrə faiz gəlirləri də artım nümayiş etdirib. Bu göstərici illik müqayisədə 21,41% və ya 40 milyon 972,41 min manat artaraq 232 milyon 371,21 min manata çatıb. 2025-ci ilin I rübündə bu məbləğ 191 milyon 398,80 min manat təşkil edib.
Eyni zamanda, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirlərində azalma müşahidə olunub. 2026-cı ilin I rübündə bu göstərici 3 milyon 767,21 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 milyon 48,07 min manat və ya təxminən 1,8 dəfə azalma deməkdir.
2025-ci ilin müvafiq dövründə bank bu istiqamətdən 6 milyon 815,28 min manat gəlir əldə edib.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏnənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır
03.06.2026İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...
03.06.2026"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib
03.06.2026Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb
03.06.2026"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı
03.06.2026"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb
03.06.2026AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
03.06.2026Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb
03.06.2026ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?
03.06.2026Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi
03.06.2026Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb
03.06.2026Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi
03.06.2026Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
03.06.2026