Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı

Redaktor

03.06.2026 16:39
50

Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı

Bu gün biz fəxarət hissi ilə qeyd edə bilərik ki, Böyük Qayıdış uğurla icra olunmaqdadır. Qarabağda və Şərqi Zəngəzurda sözlə ifadə oluna bilməyəcək tərzdə genişmiqyaslı bərpa-quruculuq işlərə aparılır.

Valyuta.az "Unikal"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O bildirib ki, torpaqlarımız minalardan və partlamamış hərbi sursatlardan təmizlənir, yeni infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılıb:

"Burada qeyd olunduğu kimi, artıq 10 şəhər, 3 qəsəbə və 31 kənd olmaqla 44 yaşayış məntəqəsində Böyük Qayıdışa start verilib və 85 mindən çox soydaşımız artıq Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb, təhsil alır, müxtəlif sahələrdə fəaliyyət göstərir".

Sədr müavini qeyd edib ki, bu gün təqdim olunan Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ölkəmizin hazırkı tarixi mərhələsində qarşımızda duran ən mühüm vəzifənin, Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan dövlət siyasətinin və ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən olan Böyük Qayıdışın hüquqi bazasını möhkələndirmək məqsədi daşıyır.

Bu dəyişikliklər birbaşa işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına və onların daimi məskunlaşma prosesinin sürətləndirilməsinə xidmət edir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...

03.06.2026

"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib

03.06.2026

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

03.06.2026

"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı

03.06.2026

"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb

03.06.2026

AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır

03.06.2026

Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb

03.06.2026

ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?

03.06.2026

Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi

03.06.2026

Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb

03.06.2026

Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi

03.06.2026

Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı

03.06.2026
Mərkəzi Bankın faiz gəlirləri 190 milyon manat azalıb

Mərkəzi Bankın faiz gəlirləri 190 milyon manat azalıb

03.06.2026

Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir ®

03.06.2026

İnvestisiya portalında 147 biznes layihəsi investor gözləyir

03.06.2026

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

03.06.2026

İdarə rəisi işdən çıxarıldı

03.06.2026

HR ekspert: Süni intellekt başlanğıc səviyyəli mütəxəssislərin işini dəyişəcək

03.06.2026

Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?

03.06.2026

Məzənnə

Yüklənir...