Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

Redaktor

03.06.2026 21:33
21

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

Əmək bazarında yeni bir trend sürətlə yayılır: mikroşiftinq. Bu model xüsusilə 18–28 yaş aralığında olan Z nəsli arasında populyarlıq qazanır və ənənəvi 9–17 iş qrafikini tədricən arxa plana keçirir.

Valyuta.az xəbər verir ki, mikroşiftinq iş gününün sabit saatlara deyil, gün ərzində bölünmüş kiçik zaman bloklarına ayrılması prinsipinə əsaslanır. Bu bloklar arasında şəxsi işlərə, istirahətə və ya digər fəaliyyətlərə vaxt ayrılır. Model əsasən uzaqdan işləyən və ya çevik qrafikə malik işçilər üçün tətbiq olunur və işəgötürənlə razılaşdırılır.

İş adamları və HR mütəxəssisləri bildirir ki, bu yanaşma məhsuldarlığı azaltmaq əvəzinə artıra bilər, çünki işçi öz ritminə uyğun işləyir.

“İşçilər öz qrafiklərini özləri qururlar”

Bəzi işəgötürənlərin sözlərinə görə, əməkdaşlar gün ərzində fərqli ehtiyaclarına uyğun olaraq iş vaxtını bölürlər: bəziləri səhər idman edir, bəziləri terapiya və ya şəxsi görüşlərə gedir, daha sonra işlərinə davam edirlər. Bəzi işçilər işə günün daha gec saatlarında, məsələn 11:00-dan sonra başlayır.

Bir əməkdaş bu yanaşmanı belə izah edir: o, gün ərzində tapşırıqlarını özü planlaşdırır və iş saatlarını sərt qrafikə bağlı olmadan idarə edir. Onun fikrincə, bu sistem daha az rutin və daha çox rahatlıq yaradır.

Çevik iş modeli məhsuldarlığı artırır

Mikroşiftinqin əsas üstünlükləri arasında işçi azadlığı, yorğunluğun və “burnout” riskinin azalması göstərilir. Bu modeldə əsas göstərici işdə fiziki iştirak deyil, nəticə və görülən işin keyfiyyətidir.

HR mütəxəssisləri də bu tendensiyanın getdikcə daha geniş yayıldığını təsdiqləyir. Onların fikrincə, işəgötürənlər gənc kadrları cəlb etmək üçün artıq bu tip çevik modellərə daha çox üstünlük verirlər.

Avropada sürətlə yayılır

Araşdırmalara görə, Böyük Britaniya və Fransada işçilərin təxminən 70 faizi mikroşiftinq kimi çevik iş modellərinə müsbət yanaşır. Bu da qlobal əmək bazarında “saat əsaslı işdən nəticə əsaslı işə keçid” tendensiyasını gücləndirir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...

03.06.2026

"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib

03.06.2026

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

03.06.2026

"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı

03.06.2026

"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb

03.06.2026

AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır

03.06.2026

Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb

03.06.2026

ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?

03.06.2026

Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi

03.06.2026

Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb

03.06.2026

Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi

03.06.2026

Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı

03.06.2026
Mərkəzi Bankın faiz gəlirləri 190 milyon manat azalıb

Mərkəzi Bankın faiz gəlirləri 190 milyon manat azalıb

03.06.2026

Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir ®

03.06.2026

İnvestisiya portalında 147 biznes layihəsi investor gözləyir

03.06.2026

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

03.06.2026

İdarə rəisi işdən çıxarıldı

03.06.2026

HR ekspert: Süni intellekt başlanğıc səviyyəli mütəxəssislərin işini dəyişəcək

03.06.2026

Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?

03.06.2026

Məzənnə

Yüklənir...