Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

Redaktor

03.06.2026 19:02
128

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

Son 1 ildə Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr texnologiya, enerji və dövlət sektorları olub.

Valyuta.az "Report"az istinadən xəbər verir ki, bunu ”Mastercard”ın Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə Kibertəhlükəsizlik Məhsullarının İdarə Edilməsi üzrə Direktoru Suheyl Hamavıoğlu Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, araşdırma 2025-ci ilin iyul ayından 2026-cı ilin iyun ayına qədər olan dövrü əhatə edib: “Bir il əvvəl çox güman ki, maliyyə sektorunu birinci və ya ikinci sırada görərdik. Lakin hazırkı mənzərə fərqlidir. Texnologiya, enerji və dövlət sektorlarının ön plana çıxması dünyada baş verən geosiyasi və iqtisadi proseslərin kibertəhlükəsizlik mühitinə təsirini aydın şəkildə göstərir. Hesabat dövründə ən çox hücuma məruz qalan aktivlər isə Azərbaycanda müxtəlif sənaye sahələrində fəaliyyət göstərən şirkətlərin biznes sistemləridir (52 %). Buraya əsas əməliyyat mühitləri (core environments), bank və mobil tətbiqlər, eləcə də digər kritik biznes proqramları daxildir. Biznes sistemlərindən sonra ən çox hədəf alınan kateqoriya fiziki aktivlərdir (20 %). Bu da təşkilatların həm rəqəmsal, həm də fiziki infrastrukturunun kibertəhlükəsizlik baxımından xüsusi risk altında olduğunu göstərir. Hücuma məruz qalanlar arasında Müştərilərin Şəxsi Məlumatları (14 %), Müştəri Xidmətləri (8 %) və Əqli Mülkiyyət (6 %) də olub. Azərbaycanın milli Süni İntellekt təşəbbüsləri, genişlənən şəbəkə bağlantısı və rəqəmsal platformalarla dəstəklənən davamlı rəqəmsal transformasiyası kritik sektorlar üçün hücum sahəsini artırır. Bu isə kibertəhlükəsizlik dayanıqlılığını və hazırlığını getdikcə daha vacib bir milli prioritet halına gətirir”.

“Hücumların 54 %-i Azərbaycandakı dövlət və texnologiya sektorlarını hədəf alır. Ən çox hücuma məruz qalan sektor 26 %-lə texnologiya sektoru (Proqram təminatı, texnoloji avadanlıqlar, yaddaş və periferiya qurğuları, elektron avadanlıqlar, cihazlar və komponentlər) olub. Onu 23 %-lə Enerji (neft-qaz və elektrik təsərrüfatı), 21 %-lə dövlət (Dövlət idarəçiliyi və qeyri-kommersiya təşkilatları), 18 %-lə maliyyə və 12 %-lə media sektorları izləyib”, – deyə “Mastercard” rəsmisi əlavə edib.

Bundan başqa, o deyib ki, son 1 ildə Azərbaycana olan kiberhücumların 36 %-ni Asiya mərkəzli kiber döyüşçülər (Cyber Warrior – 4 ölkə) həyata keçirib: “Onlar əsasən müşahidə proqramı satıcıları olub. Bundan başqa, Azərbaycana qarşı kiberhücumların 29 %-ni regiondakı böyük dövlətlərin dəstəklədiyi qruplar (State Sponsored), 18 %-ni mütəşəkkil cinayətkarlar (Organized Crime), 14 %-ni “qara papaqlı” hakerlər (Black Hat), 3 %-ni isə təcrübəsizlər və yaxud həvəskarlar (Unskilled) həyata keçirib”.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...

03.06.2026

"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib

03.06.2026

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

03.06.2026

"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı

03.06.2026

"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb

03.06.2026

AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır

03.06.2026

Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb

03.06.2026

ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?

03.06.2026

Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi

03.06.2026

Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb

03.06.2026

Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi

03.06.2026

Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı

03.06.2026
Mərkəzi Bankın faiz gəlirləri 190 milyon manat azalıb

Mərkəzi Bankın faiz gəlirləri 190 milyon manat azalıb

03.06.2026

Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir ®

03.06.2026

İnvestisiya portalında 147 biznes layihəsi investor gözləyir

03.06.2026

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

03.06.2026

İdarə rəisi işdən çıxarıldı

03.06.2026

HR ekspert: Süni intellekt başlanğıc səviyyəli mütəxəssislərin işini dəyişəcək

03.06.2026

Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?

03.06.2026

Məzənnə

Yüklənir...