Redaktor
HR ekspert: Süni intellekt başlanğıc səviyyəli mütəxəssislərin işini dəyişəcək
Süni intellektin (Al) aktiv tətbiqi artıq peşəyə giriş strukturunu dəyişdirir. Eyni zamanda, ənənəvi olaraq giriş səviyyəli mütəxəssislər tərəfindən yerinə yetirilən bəzi gündəlik işlər tədricən avtomatlaşdırılır. Bu dəyişikliklər karyera modelinin yenidən qurulmasına gətirib çıxarır.
Valyuta.az xəbər verir ki, bunu HR direktoru Valentina Romanova "İzvestiya" qəzetinə bildirib.
Romanova qeyd edib ki, hazırda Al ilkin məlumat analizi, sadə mətnlərin hazırlanması, informasiyanın yoxlanılması və cədvəllərlə iş kimi bazis əməliyyatları getdikcə daha çox yerinə yetirir:
"Biz deyəndə ki, Al sadə işi görməyə başlayır, bu, peşələrin yox olması demək deyil, başlanğıc rolun mahiyyətinin dəyişməsi deməkdir. Juniorlar və yeni məzunlar əvvəllər əl ilə gördükləri rutin işlərə vaxt sərf etməyəcəklər. Onların işi artıq daha yüksək səviyyədən başlayacaq — alətləri idarə etmək, tapşırıqları düzgün qoymaq və daha düşünülmüş intellektual fəaliyyətlə məşğul olmaqdan".
Onun sözlərinə görə, ən ciddi dəyişikliklər marketinq, analitika, maliyyə, sənəd dövriyyəsi və rekrutinq sahələrində müşahidə olunur. Bu sahələrdə ilkin əməliyyatların böyük hissəsi artıq avtomatlaşdırılır və mütəxəssislər daha çox analiz, məlumatların yoxlanılması və qərarvermə kimi funksiyalara yönəlir.
Romanova əlavə edib ki, bu dəyişikliklər başlanğıc səviyyəli işçilərə olan tələbləri də dəyişir. Əsas bacarıq artıq Al ilə peşəkar alət kimi işləyə bilmək olur. Gələcəkdə bu bacarığın baza tələbinə çevriləcəyi gözlənilir.
Bununla belə, ekspert hesab edir ki, bu transformasiya karyera imkanlarını məhdudlaşdırmır, əksinə sürətləndirir və mütəxəssislərə daha tez mürəkkəb tapşırıqlara keçmək imkanı yaradır.
Romanova bildirib ki, şirkətlər hələlik bu modeli sınaq mərhələsində tətbiq edirlər. Bir çox təşkilat Al-ı işçi ixtisarından çox məhsuldarlığın artırılması vasitəsi kimi görür. Tam tətbiq üçün isə infrastruktur investisiyaları, proseslərin yenilənməsi və personalın təlimi tələb olunur.
Onun sözlərinə görə, gələcəkdə karyeranın başlanğıc mərhələsi də dəyişəcək və mütəxəssislər yalnız İİ-dən istifadə etməyi deyil, həm də onun iş prinsipini anlamağı bacarmalı olacaqlar.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏnənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır
03.06.2026İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...
03.06.2026"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib
03.06.2026Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb
03.06.2026"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı
03.06.2026"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb
03.06.2026AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
03.06.2026Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb
03.06.2026ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?
03.06.2026Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi
03.06.2026Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb
03.06.2026Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi
03.06.2026Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
03.06.2026