Redaktor
Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi
Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti tərəfindən “Maliyyə sahəsində peşəkar sertifikatın verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi üzrə Təlimat” qəbul edilib.
AMB-dən Valyuta az-a bildirilib ki, təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 49-cu maddəsinə və Mərkəzi Bankın “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun olaraq hazırlanıb. Sənəd maliyyə institutlarında çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, eləcə də onların bilik və bacarıqlarının daxili nəzarət və risklərin effektiv idarə edilməsi sistemlərinə uyğunluğunun təmin edilməsi məqsədilə müvafiq imtahanların təşkili və keçirilməsi qaydalarını müəyyən edir.
Sənəddə, həmçinin sertifikatlaşdırmadan keçmiş rəhbər şəxslərin davamlı peşəkar inkişaf fəaliyyətlərinə müntəzəm olaraq cəlb edilməsi qaydaları da əks olunub.
Yeni çərçivəyə əsasən, peşəkar sertifikatlaşdırma prosesi “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”nın tərkib hissəsi kimi tətbiq ediləcək. Sertifikasiya vəzifə qruplarından asılı olaraq imtahan modullarından ibarət olacaq. İlkin mərhələdə sertifikatlaşdırmaya ikinci müdafiə xəttinə aid risklərin idarə edilməsi funksiyasını icra edən əməkdaşlar cəlb ediləcəklər. Sertifikasiya çərçivəsində müvafiq beynəlxalq sertifikatlara malik şəxslər üçün imtahan modulları üzrə azadolma imkanları nəzərdə tutulub. İlk imtahanların cari ilin sonuna kimi başlanılması planlaşdırılır. İmtahanda iştirak ödənişsizdir və verilən sertifikatların müddətsiz olması nəzərdə tutulur.
Bu təşəbbüs maliyyə sektorunda vahid peşəkar standartların formalaşdırılmasına, insan resurslarının keyfiyyətinin artırılmasına, insan amili ilə bağlı risklərin azaldılmasına və ümumilikdə maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏnənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır
03.06.2026İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...
03.06.2026"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib
03.06.2026Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb
03.06.2026"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı
03.06.2026"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb
03.06.2026AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
03.06.2026Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb
03.06.2026ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?
03.06.2026Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi
03.06.2026Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb
03.06.2026Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi
03.06.2026Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
03.06.2026