Redaktor
AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
Azərbaycanda əksər hallarda qadınların hesablarından pul oğurlanır.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
"Həyata keçirilən tədbirlərin nəticəsində, hesabların ələ keçirilməsi (account takeover) hallarının sayında azalma müşahidə olunur. Bununla yanaşı, maarifləndirmə istiqamətində əlavə dəstəyə ehtiyac var. Statistik göstəricilər göstərir ki, dələduzluq qurbanları arasında daha çox qadınlar, xüsusilə də yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Təəssüf ki, maliyyə vəsaitlərinin oğurlanması hallarında bu tendensiya özünü açıq şəkildə göstərir. Bütün insidentlər üzrə təhlil aparır, baş verən hadisələrdən çıxarılan nəticələri (lessons learned) qiymətləndirir və bu halların səbəblərini araşdıraraq tənzimləmə mexanizmlərini daha da təkmilləşdiririk. Konseptual yanaşmamız ondan ibarətdir ki, dövlət qurumları arasında daha geniş inteqrasiya təmin edilməlidir. İnsidentlərin idarə olunması üçün vahid platforma formalaşdırılmalı, hüquq-mühafizə orqanlarının da həmin platformaya çıxışı olmalıdır. Bu, insident baş verdiyi anda aidiyyəti qurumlarla operativ əlaqə yaradılmasına və çevik reaksiyaya imkan verəcək", - deyə o qeyd edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏnənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır
03.06.2026İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...
03.06.2026"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib
03.06.2026Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb
03.06.2026"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı
03.06.2026"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb
03.06.2026AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
03.06.2026Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb
03.06.2026ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?
03.06.2026Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi
03.06.2026Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb
03.06.2026Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi
03.06.2026Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
03.06.2026