Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu
01.04.2025 16:35
650

Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu

Ruzanna Bəşirova
        Xərclər üzrə konsultant

Büdcə planlaması zamanı edilən səhvlərdən biri də maaş alan kimi bütün ehtiyacları almağa çalışmaqdır. Hələ bunu plansız etmək daha pis nəticə verə bilər.

Maaş aldığımız zaman əlimizdə pul çox olduğu üçün bəzən bizim üçün əhəmiyyətli olmayan bəzi məhsulları da alırıq. Plansız edilən bu alış-veriş bəzən ayın son günlərini pulsuz qalmağımıza, bəzən isə hətta borc götürməyimizə də səbəb ola bilir. Buna görə də pul xərcləyərkən duyğusal deyil, planlı hərərət etmək önəmlidir.

Maaş aldığımız zaman doğru xərcləmək üçün nə etməliyik?

Maaşı ayın axırı və ayda bir dəfə aldığımızı nəzərə alsaq, deməli, o zaman aşağıdakı qaydalara əməl etməklə doğru xərcləyə bilərik

1.    Ay ərzində ehtiyac siyahısı yazmaq

2.    Maaş aldığımız zaman öncə büdcə planlaması etmək

3.    Ehtiyac siyahısını vacib və təcili olaraq ayırmaq

4.    Aylıq və məcbur ödənişləri etdikdən sonra digər alış-verişləri sıralamaq

Bu sıralamanı şəxs özünə görə tərtib etməlidir.

Məcbur olan ödənişlərdən sonra yer alan digər alış-verişlərin sıralaması insanın ehtiyaclarına görə dəyişdiyi üçün bu mövzuda ümumiləşdirmək çətin olsa da, hər kəsin ehtiyacı olan

1.    ərzaq və qida məhsulları

2.    geyim

3.    Gigiyenik və təmizlik məhsulları

4.    İdman və sağlamlıq xərcləri

5.    Əyləncə və bərpa

6.    Digər xərclər

Bu şəkildə ayırmaq və onları da öz növbəsində təcili və vacib olaraq ayıraraq almağa çalışmaq olar.

Ən önəmlisi isə, duyğusal xərcləri nəzərdən keçirib onların bizə həqiqətən də faydalı olub-olmadığına əmin olduqdan sonra xəcləməkdir.

Əgər alış-veriş etdiyiniz zaman özünüzü yaxşı hiss etsəniz də, evə gəldikdən sonra aldığınız məhsullar sizi xoşbəxt etmirsə, deməli doğru məhsullar almamısınız. Və növbəti alış-verişdə bu cür məsələlərə diqqət etməlisiniz.

Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Qızılda itkilər bərpa olundu - Nəhəng bankdan rekord proqnoz

19.04.2026

“Storm Therapeutics” 56 milyon dollar investisiya aldı

18.04.2026

Ət idxalı artdı: Azərbaycan xaricdən nə qədər ət alıb?

18.04.2026

Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir

18.04.2026

Ucuz qızıllar saxtadır?

18.04.2026

Azərbaycan Bolqarıstana neft ixracını 65 % artırıb

18.04.2026

Xaricə fındıq satışından 68,6 milyon dollar gəlir əldə edilib

18.04.2026

Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb

18.04.2026

Köhnə telefonlar kəskin bahalaşır: Niyə onları kütləvi şəkildə alırlar?

18.04.2026

Trampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək

18.04.2026

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

18.04.2026

Sabah Azərbaycanda hava necə olacaq?

18.04.2026

"Ford" bir milyondan çox avtomobilini geri çağırır

18.04.2026

General Müşfiq Məmmədov işdən çıxarıldı

18.04.2026

Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib

18.04.2026

Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - VİDEO

18.04.2026

Noutbuk istehsalı 27 dəfədən çox azaldı

18.04.2026

İşdə vaxtınız az olsa belə fasilə verməyin 5 yolu - SƏHƏR OXUSU

18.04.2026

Azərbaycanda makaron istehsalı yüksəlib

17.04.2026

Avropada avtomobil istehsalı "ölür": Ən böyük zavodlardan biri istehsalı dayandırır

17.04.2026

Məzənnə

Yüklənir...