Redaktor
Avropada avtomobil istehsalı "ölür": Ən böyük zavodlardan biri istehsalı dayandırır
Fransanın Puassi şəhərində yerləşən Avropanın ən böyük avtomobil zavodlarından biri avtomobil istehsalını dayandıracaq.
Valyuta.az xəbər verir ki, bu barədə “Profit.ro” yazır.
Məlumata görə, zavod Ford tərəfindən II Dünya müharibəsindən əvvəl tikilib, sonradan "Chrysler" və "Peugeot"un tərkibində olub, 2021-ci ildən isə “Stellantis” konserninə daxildir.
İllik 500 min avtomobil istehsal gücünə malik olmasına baxmayaraq, şirkət rəhbərliyi bu müəssisədə avtomobil yığımını dayandırmaq qərarı verib.
“2028-ci ildən etibarən burada artıq avtomobil istehsal olunmayacaq”, deyə şirkət nümayəndələri bildirib.
Rəsmilər qərarı Avropada istehsal gücünün artıq həddə çatması və 2019-cu illə müqayisədə avtomobil bazarında təxminən 20 faiz azalma ilə izah edirlər.
Şirkətin planına görə, zavod tam bağlanmayacaq, lakin funksiyası dəyişdiriləcək. “Stellantis” təxminən 100 milyon avro investisiya edərək müəssisəni kuzov hissələrinin istehsalı və işlənmiş avtomobillərin emalı mərkəzinə çevirməyi planlaşdırır.
Lakin işçilər üçün vəziyyət çətindir. Təxminən 600 nəfərin “könüllü ayrılma” və təqaüd proqramları ilə işdən çıxarılması nəzərdə tutulur.
Həmkarlar ittifaqları isə yeni fəaliyyət sahələrinin cəmi 200–300 işçiyə ehtiyac duyacağını bildirərək təxminən 1900 işçinin taleyinin risk altında olduğunu vurğulayır. Bu səbəbdən yaxın həftələrdə genişmiqyaslı etiraz və tətil ehtimalı da gündəmdədir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda makaron istehsalı yüksəlib
17.04.2026Avropada avtomobil istehsalı "ölür": Ən böyük zavodlardan biri istehsalı dayandırır
17.04.2026Geyim və aksesuar idxalı 2,7 milyon dollar azalıb
17.04.2026Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
17.04.2026AI tibbdə hər 10 haldan 8-də səhv istiqamət verə bilər - ARAŞDIRMA
17.04.2026“Canva” istifadəçilərə ağıllı dizayn köməkçisi təqdim etdi
17.04.2026İnsanların özlərini “varlı” hiss etməzdən illər əvvəl atdıqları 5 maliyyə addımı
17.04.2026Azərbaycanda pivə istehsalı artıb
17.04.20261000 km-lik dağ silsiləsinin altında su anbarı aşkarlandı - Dünyanın ən böyüyü ola bilər
17.04.2026İran Hörmüz boğazını açdı, Tramp təşəkkür etdi
17.04.2026Avropa səması "bağlana" bilər: Cəmi bir neçə həftəlik aviasiya yanacağı ehtiyatı var
17.04.2026Pul planı hazırlayarkən çoxlarının gözdən qaçırdığı bir addım
17.04.2026İrandakı müharibə neft nəhənglərini zənginləşdirdi - Saatda 30 milyon dollar
17.04.2026Liderlərin səmimi görüşündən FOTOLAR
17.04.2026Azərbaycandan Türkiyəyə xam neft ixracı 2,3 dəfə artıb
17.04.2026Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi
17.04.2026