Redaktor
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, faiz xərcləri 28% artıb
“Azərbaycan Sənaye Bankı” 2026-cı ilin birinci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
Valyuta.az banka istinadən xəbər verir ki, bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,27 min manat və ya 0,99% azalaraq 1 milyon 722,67 min manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə bank 1 milyon 739,94 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri illik müqayisədə 18,66% artaraq 10 milyon 962,62 min manata, faiz xərcləri isə 28,22% artaraq 5 milyon 968,05 min manata çatıb. Bu müddətdə bankın qeyri-faiz gəlirləri 4 milyon 2,57 min manat olub ki, bu da illik müqayisədə 4,78% çoxdur. Qeyri-faiz xərcləri isə 10,42% artaraq 6 milyon 771,80 min manata yüksəlib.
2026-cı il aprelin 1-nə bankın aktivləri illik müqayisədə 11,37% və ya 90 milyon 489,69 min manat artaraq 886 milyon 387,56 min manata çatıb.
Eyni dövrdə “Azərbaycan Sənaye Bankı”nın cəmi öhdəlikləri 756 milyon 101,05 min manat təşkil edib ki, bu da illik müqayisədə 12,32% və ya 82 milyon 931,98 min manat artım deməkdir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏnənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır
03.06.2026İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...
03.06.2026"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib
03.06.2026Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb
03.06.2026"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı
03.06.2026"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb
03.06.2026AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
03.06.2026Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb
03.06.2026ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?
03.06.2026Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi
03.06.2026Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb
03.06.2026Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi
03.06.2026Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
03.06.2026