Redaktor
“Azərbaycan Sənaye Sığorta”nın yığımları azaldı, ödənişləri 51% artdı
“Azərbaycan Sənaye Sığorta” ASC-nin sığorta yığımları azalıb, ödənişləri isə artıb.
Valyuta.az xəbər verir ki, cari ilin ilk 4 ayında şirkət 10 milyon 881 min manat sığorta haqları yığımı ilə fəaliyyətini başa vurub.
Beləliklə, illik müqayisədə yığımlarda 143 min manat və ya 1,29% azalma müşahidə olunub. Ötən ilin eyni dövründə yığımlar 11 milyon 24 min manat olub.
Eyni zamanda, şirkətin sığorta ödənişləri artıb. Cari ilin ilk 4 ayında ödənişlər 2 milyon 28 min manat və ya 50,51% artaraq 6 milyon 43 min manata yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 4 milyon 15 min manat təşkil edib.
Yığımların azalması fonunda ödənişlərin artması şirkətin yığım-ödəniş nisbətinə mənfi təsir göstərib.
“Azərbaycan Sənaye Sığorta” ASC cari ildə hər 100 manat sığorta haqqına təxminən 56 manat ödəniş həyata keçirib. Ötən ilin eyni dövründə isə bu göstərici təxminən 36 manat olub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026