İşçilərin xoşbəxtliyi üçün çalışan 10 perspektivli STARTAP

Redaktor

02.06.2026 10:48
103

İşçilərin xoşbəxtliyi üçün çalışan 10 perspektivli STARTAP

İş və şəxsi həyat arasında balans yaratmaq hər zaman asan olmur. Lakin bu balans insanların psixoloji sağlamlığı, motivasiyası və ümumi həyat keyfiyyəti üçün böyük əhəmiyyət daşıyır. İnsanlar günlərinin böyük hissəsini işdə keçirdikləri üçün şirkətlərin əməkdaşlarına göstərdiyi dəstək onların rifahına birbaşa təsir edir.

Son illərdə işçi rifahı mövzusu daha çox diqqət çəkməyə başlayıb. Bu sahədə fəaliyyət göstərən startaplar psixoloji dəstək, sosial imtiyazlar, süni intellekt əsaslı məsləhət xidmətləri və işçilərin gündəlik həyatını asanlaşdıran müxtəlif həllər təqdim edirlər.

Şirkətlər də bu alətlərdən işçilərin motivasiyasını artırmaq, işdən ayrılma hallarını azaltmaq və daha sağlam iş mühiti yaratmaq üçün istifadə edirlər.

Valyuta.az 2020-ci ildən sonra yaradılan və işçi rifahı sahəsində diqqət çəkən 10 Avropa startapını təqdim edir:

fayda

"Benefiz"

2020-ci ildə Fransanın Lill şəhərində yaradılan "Benefiz" kiçik və orta bizneslər üçün sosial imtiyazların idarə edilməsini asanlaşdırır. Platforma tibbi sığorta, yemək talonları (işəgötürənin əməkdaşlara yemək xərclərini qarşılamaq üçün verdiyi kupon, kart və ya elektron balans) və digər sosial paketləri bir sistemdə toplamağa imkan verir. Şirkət indiyədək 7 milyon avro investisiya cəlb edib.

GələcəkBens

"FutureBens"

2021-ci ildə Berlində yaradılan "FutureBens" əməkdaşlara müxtəlif brendlər üzrə xüsusi endirimlər təqdim edir. Platforma istifadəçilərə sağlamlıq, səyahət, bankçılıq, qida və digər sahələrdə sərfəli təkliflərdən yararlanmağa imkan yaradır.

heyvan baxımı

"heycare"

Almaniyanın Münhen şəhərində yerləşən və 2022-ci ildə yaradılan "heycare" əməkdaşların qayğı və rifah ehtiyaclarına yönəlmiş xidmətlər təqdim edir. Platforma ailə qayğısı və digər dəstək xidmətləri vasitəsilə işçilərin üzərindəki yükü azaltmağa kömək edir. Şirkət 5,6 milyon avro investisiya alıb.

kota

"Kota"

Dublində yerləşən "Kota" şirkətlərin əməkdaşları üçün tibbi sığorta, pensiya və həyat sığortası kimi sosial paketləri daha rahat idarə etməsinə imkan yaradır. Startap bu günədək 19,2 milyon avro investisiya cəlb edib.

Kyan-Health

"Kyan Health"

2021-ci ildə İsveçrədə yaradılan "Kyan Health" iş yerlərində psixoloji sağlamlığın qorunmasına fokuslanıb. Platforma əməkdaşlara məsləhət, kouçinq və özünü inkişaf etdirmə xidmətləri təqdim edir. Şirkət 15,8 milyon avro maliyyə vəsaiti əldə edib.

l'Atout

"L’Atout"

2023-cü ildə Fransada yaradılan "L’Atout" yemək talonları, hədiyyə kartları və digər sosial imtiyazları vahid mobil tətbiq və ödəniş kartı üzərindən istifadə etməyə imkan verir. Şirkət 2 milyon avro investisiya cəlb edib.

MELP

"MELP"

Litvanın Vilnüs şəhərində fəaliyyət göstərən "MELP" sosial paketlərin idarə edilməsi ilə işçi rifahı xidmətlərini bir platformada birləşdirir. Bu, əməkdaşların təqdim olunan imkanlardan daha rahat istifadə etməsinə şərait yaradır.

mentalport

"mentalport"

Almaniyanın "mentalport" startapı şirkətlərə əməkdaşların psixoloji vəziyyətini izləməyə və stress risklərini vaxtında müəyyən etməyə kömək edir. Platforma rəqəmsal kouçinq və dəstək xidmətləri təqdim edir.

Həqiqi Qəbilə

"TrueTribe"

2021-ci ildə Niderlandda yaradılan "TrueTribe" işçi rifahının ölçülməsi və yaxşılaşdırılmasına yönəlib. Platforma əməkdaşların sağlamlıq və inkişaf göstəricilərini izləyir, eyni zamanda şirkətlərə ümumi vəziyyət barədə məlumat verir.

Tundr

"Tundr"

İtaliyanın Milan şəhərində yerləşən "Tundr" şirkətlərə əməkdaşlar üçün nəzərdə tutulan sosial paketləri vahid rəqəmsal platforma üzərindən idarə etməyə imkan yaradır. Şirkət fəaliyyətə başladığı 2022-ci ildən bəri 8,4 milyon avro investisiya cəlb edib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN

02.06.2026

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®

02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

02.06.2026

Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb

02.06.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

02.06.2026
Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

02.06.2026

Mərkəzi Bank “PashaPay”yə icrası məcburi göstəriş verib

02.06.2026

Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək

02.06.2026

Əmlaklarına həbs qoyulanların nəzərinə! - Qanun dəyişir

02.06.2026

AZAL-ın ixrac gəlirləri yarım milyona yaxın azalıb

02.06.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri  - CƏDVƏL

02.06.2026

Zara İbrahimzadə TƏBİB-də rəhbər vəzifəyə gətirildi

02.06.2026

"Azərkosmos"un ixrac gəlirləri 55% artdı, xidmət göstərilən ölkələrin sayı azaldı

02.06.2026

DSMF-nin filial müdiri vəzifəsindən azad olundu

02.06.2026

18 aptekdə nöqsan aşkarlandı

02.06.2026

Azərbaycanda pul bazası 24 mlrd. manatı ötüb

02.06.2026

ABŞ Azərbaycana yeni səfir göndərir - Namizəd açıqlandı

02.06.2026

İşçilərin xoşbəxtliyi üçün çalışan 10 perspektivli STARTAP

02.06.2026

Fuad Çıraqov Gürcüstandakı səfirlikdə yeni vəzifəyə gətirildi

02.06.2026

"Blackstone" Asiya fondu üçün 13,1 milyard dollar topladı

02.06.2026

Məzənnə

Yüklənir...