Redaktor
DSMF-nin filial müdiri vəzifəsindən azad olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 saylı Şəki–Zaqatala regional filialının müdiri Turan Əsədov vəzifəsindən azad olunub.
Valyuta.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, o, iyunun 1-dən etibarən filial müdiri vəzifəsindən azad edilib.
Qeyd edək ki, T.Əsədov ötən ilin martında xidməti avtomobili ilə Şəki
rayonundan iftardan qayıdarkən Qax rayonunun Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan piyadanı vuraraq qəza törədib. Həmin vaxt DSMF-nin yaydığı məlumatda bildirilib ki, T.Əsədov hadisədən dərhal sonra yaralı piyadanı xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026