Redaktor
Fuad Çıraqov Gürcüstandakı səfirlikdə yeni vəzifəyə gətirildi
Fuad Çıraqov Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə təyin edilib.
Fuad Çıraqov bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, eləcə də Cənubi Qafqaz Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə çalışıb, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub.
Fuad Çıraqov Bakı Dövlət Universitetinin Tarix fakültəsini bakalavriat və magistratura səviyyələri üzrə bitirib. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində ABŞ-nin Kolumbiya Universitetində də “Sosiologiya” ixtisası üzrə magistratura təhsili alıb.
Qeyd edək ki, Azərbaycanın bir sıra xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir. Onların əsas vəzifələri ölkəmizin təhsil imkanlarının beynəlxalq səviyyədə təşviqi, xarici dövlətlərlə təhsil əməkdaşlığının genişləndirilməsi, Azərbaycan vətəndaşlarının xaricdə təhsil prosesinə dəstək göstərilməsi və bu sahədə əlaqələndirmənin təmin edilməsindən ibarətdir.
©Modern.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026