Azərbaycana gətirilən dərmanların çəkisi azaldı, dəyəri artdı

Redaktor

29.04.2026 22:36
192

Azərbaycana gətirilən dərmanların çəkisi azaldı, dəyəri artdı

Cari ilin yanvar-mart aylarında Azərbaycana 3 min 615,55 ton əczaçılıq məhsulları idxal olunub.

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 5 min 470,78 ton olub. Bu isə illik müqayisədə 1 min 855,23 ton və ya 33,91% azalma deməkdir.

Əczaçılıq məhsullarının idxal dəyəri isə artıb. Belə ki, cari ilin ilk 3 ayında idxalın ümumi dəyəri 125 milyon 169,27 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövründə isə bu rəqəm 117 milyon 427,82 min ABŞ dolları olub. Nəticədə idxal dəyəri illik müqayisədə 7 milyon 741,45 min ABŞ dolları və ya 6,59% artıb.

Cari ilin ilk 3 ayında əczaçılıq məhsullarının ümumi idxaldakı payı 3,13% olub. Ötən ilin eyni dövründə bu göstərici 2,07% təşkil edib. Bu da illik müqayisədə 1,06 faiz bəndi artım deməkdir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...