Redaktor
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb ®
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 67 705 IMEI koda “klon” statusu verilərək blok edilib. Həmin IMEI kodlar son üç ayda 1 612 873 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 1 540 604 dəfə şəbəkəyə qoşulma cəhdinə “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.
“AzInTelecom” MMC mütəmadi şəkildə monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Surəti köçürülmüş IMEI kodlara “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Mobil cihazların IMEI kodlarının orjinallığını mygov portalında yoxlamaq mümkündür.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL
30.04.2026Prezident idmançıları qəbul edib
30.04.2026Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı
30.04.2026Vətəndaşlar banklara biznes, yoxsa gündəlik ehtiyac krediti üçün müraciət edib?
30.04.2026Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmədən mühüm qərar
30.04.2026600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?
30.04.2026I rüb "Xalq Sığorta" üçün uğurlu keçmədi - Yığımlarda azalma
30.04.2026“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb ®
30.04.2026“Qarabağ Taxıl” nizamnamə kapitalını 1 milyon manatdan çox azaldıb
30.04.2026Qurban bayramında 5 gün iş olmayacaq
30.04.2026Azərbaycanda maaşlar saathesabı veriləcək
30.04.2026