Vətəndaşlar banklara biznes, yoxsa gündəlik ehtiyac krediti üçün müraciət edib?

Redaktor

30.04.2026 11:49
27

Vətəndaşlar banklara biznes, yoxsa gündəlik ehtiyac krediti üçün müraciət edib?

2026-cı ilin 1 aprel tarixinə bankların kredit portfeli 30 milyard 290 milyon 300 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 413 milyon 200 min manat və ya 8.66% artıb.

Belə ki, ötən ilin eyni dövründə kredit portfeli 27 milyard 877 milyon 100 min manat olub.

Hesabat dövründə biznes kreditləri 16 milyard 214 milyon 800 min manata yüksəlib. Bu, illik müqayisədə 1 milyard 279 milyon 800 min manat və ya 8.57% artım olduğunu göstərir. 2025-ci ilin 1 aprel tarixinə biznes kreditlərinin həcmi 14 milyard 935 milyon manat təşkil edib.

İstehlak kreditləri də artım nümayiş etdirib. 2026-cı ilin 1 aprel tarixinə bu göstərici 9 milyard 490 milyon 900 min manat olub ki, bu da illik müqayisədə 887 milyon 300 min manat və ya 10.31% çoxdur. 2025-ci ilin müvafiq dövründə istehlak kreditləri 8 milyard 603 milyon 600 min manat səviyyəsində olub.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...