Redaktor
Azərbaycanda maaşlar saathesabı veriləcək
Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əmək haqqı ilə bağlı Qanun layihələrinin hazırlanması ilə bağlı işlərin aparıldığını bildirib.
Valyuta.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov öz "Facebook" hesabında paylaşım edib.
Deputat paylaşımında bildirib ki, inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların “overtime”, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir.
"Yeni mexanizmin tətbiq olunması, əməkhaqqı aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər. Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin".
Onun sözlərinə görə, meyarlar müəyyənləşəcək və saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq:
"Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir".
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL
30.04.2026Prezident idmançıları qəbul edib
30.04.2026Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı
30.04.2026Vətəndaşlar banklara biznes, yoxsa gündəlik ehtiyac krediti üçün müraciət edib?
30.04.2026Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmədən mühüm qərar
30.04.2026600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?
30.04.2026I rüb "Xalq Sığorta" üçün uğurlu keçmədi - Yığımlarda azalma
30.04.2026“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb ®
30.04.2026“Qarabağ Taxıl” nizamnamə kapitalını 1 milyon manatdan çox azaldıb
30.04.2026Qurban bayramında 5 gün iş olmayacaq
30.04.2026Azərbaycanda maaşlar saathesabı veriləcək
30.04.2026