Redaktor
17.04.2026 16:44
38
Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi
Vahid xəzinə hesabının sərbəst qalığının hansı istiqamətlərə yönəldiləcəyi məlum olub.
Valyuta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, vahid xəzinə hesabının sərbəst qalığı aşağıdakı istiqamətlərə yönəldiləcək:
- dövlət büdcəsi kəsirinin və onun daxilində aşağıdakı xərclərin (fərqin) maliyyələşdirilməsinə:
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsində nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri;
- Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda);
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda).
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılmasına.
Şərhlər
Növbəti xəbər yüklənir...
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPul planı hazırlayarkən çoxlarının gözdən qaçırdığı bir addım
17.04.2026İrandakı müharibə neft nəhənglərini zənginləşdirdi - Saatda 30 milyon dollar
17.04.2026Liderlərin səmimi görüşündən FOTOLAR
17.04.2026Azərbaycandan Türkiyəyə xam neft ixracı 2,3 dəfə artıb
17.04.2026Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi
17.04.2026
“AFB Bank”ın faiz gəlirləri iki dəfəyə yaxın artıb
17.04.2026Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident İlham Əliyev mərasimdə iştirak edir
17.04.2026Bakı Sağlamlıq Mərkəzi 6 milyonluq satınalma elan edib
17.04.2026Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçildi
17.04.2026Azərbaycanda yeni ixtisas yaradıldı
17.04.2026Naxçıvanda bank əmanətləri 45%-dən çox artıb
17.04.2026
Şirkətlər pullarını ən çox hansı bankda saxlayır? - CƏDVƏL
17.04.2026Nazirlər Kabineti hava limanı və aerodromların təhlükəsizlik zonaları ilə bağlı qərar verib
17.04.2026AAYDA-nın bu qurumu ləğv edilir
17.04.2026Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
17.04.2026Sığorta şirkətləri qazancının nə qədərini vergiyə verib? – Siyahı
17.04.2026Netflix səhmləri Rid Hestinqsin gedişindən sonra 9 faiz ucuzlaşdı
17.04.2026İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Milyonluq "otkat"...
17.04.2026Yeni rəhbər marketlər şəbəkəsinin baş icraçı direktorunu dəyişdi
17.04.2026Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir – Ali Məhkəmə
17.04.2026Məzənnə
Yüklənir...