İrandakı müharibə neft nəhənglərini zənginləşdirdi - Saatda 30 milyon dollar

Redaktor

17.04.2026 17:26
42

İrandakı müharibə neft nəhənglərini zənginləşdirdi - Saatda 30 milyon dollar

İran ətrafında davam edən müharibə qlobal neft və qaz nəhənglərinin gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. 

Valyuta.az xəbər verir ki, “The Guardian” nəşrinin “Rystad Energy” konsaltinq şirkətinin məlumatlarına əsaslanan təhlilinə görə, münaqişənin ilk ayında ən böyük enerji şirkətləri hər saat 30 milyon dollardan çox gəlir əldə edib.

Bildirilir ki, əsas qazananlar sırasında Səudiyyə Ərəbistanının dövlət şirkəti “Saudi Aramco”, Rusiyanın “Gazprom”, “Rosneft” və “Lukoil”, eləcə də ABŞ-ın “Exxon Mobil” şirkəti yer alır.

Təhlilə əsasən, “Saudi Aramco” 2026-cı ilin nəticələrinə görə neftin orta qiyməti 100 dollar səviyyəsində qalarsa, əlavə 25,5 milyard dollar gəlir əldə edə bilər. Rusiya enerji şirkətlərinin isə eyni şərtlər altında ümumilikdə 23,9 milyard dollar əlavə qazanc əldə edəcəyi proqnozlaşdırılır.

Məlumata görə, müharibə Rusiyanın Ukraynaya qarşı davam edən hərbi əməliyyatları üçün əlavə maliyyə axını yaradıb. Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin analizinə əsasən, mart ayında Rusiyanın gündəlik neft ixrac gəlirləri 840 milyon dollara yüksəlib ki, bu da fevral ayı ilə müqayisədə 50 faiz artım deməkdir.

“Exxon Mobil”in 11 milyard dollar, Britaniyanın “Shell” şirkətinin isə 6,8 milyard dollar əlavə gəlir əldə edə biləcəyi qeyd olunur.

Eyni zamanda Avropa İttifaqında fövqəlmənfəət vergisi tətbiqi ilə bağlı müzakirələr aparılır. Bir neçə ölkənin maliyyə nazirləri enerji şirkətlərinin müharibə və geosiyasi gərginliklərdən qazanc əldə etməsinə qarşı daha sərt mexanizmlərin tətbiqini təklif ediblər.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol isə mövcud vəziyyəti dünya enerji bazarında indiyədək yaşanmış ən böyük şoklardan biri kimi qiymətləndirib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

1000 km-lik dağ silsiləsinin altında su anbarı aşkarlandı - Dünyanın ən böyüyü ola bilər

17.04.2026

İran Hörmüz boğazını açdı, Tramp təşəkkür etdi

17.04.2026

Avropa səması "bağlana" bilər: Cəmi bir neçə həftəlik aviasiya yanacağı ehtiyatı var

17.04.2026

Pul planı hazırlayarkən çoxlarının gözdən qaçırdığı bir addım

17.04.2026

İrandakı müharibə neft nəhənglərini zənginləşdirdi - Saatda 30 milyon dollar

17.04.2026

Liderlərin səmimi görüşündən FOTOLAR

17.04.2026

Azərbaycandan Türkiyəyə xam neft ixracı 2,3 dəfə artıb

17.04.2026

Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi

17.04.2026
“AFB Bank”ın faiz gəlirləri iki dəfəyə yaxın artıb

“AFB Bank”ın faiz gəlirləri iki dəfəyə yaxın artıb

17.04.2026

Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident İlham Əliyev mərasimdə iştirak edir

17.04.2026

Bakı Sağlamlıq Mərkəzi 6 milyonluq satınalma elan edib

17.04.2026

Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçildi

17.04.2026

Azərbaycanda yeni ixtisas yaradıldı

17.04.2026

Naxçıvanda bank əmanətləri 45%-dən çox artıb

17.04.2026
Şirkətlər pullarını ən çox hansı bankda saxlayır?

Şirkətlər pullarını ən çox hansı bankda saxlayır? - CƏDVƏL

17.04.2026

Nazirlər Kabineti hava limanı və aerodromların təhlükəsizlik zonaları ilə bağlı qərar verib

17.04.2026

AAYDA-nın bu qurumu ləğv edilir

17.04.2026

Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu

17.04.2026

Sığorta şirkətləri qazancının nə qədərini vergiyə verib? – Siyahı

17.04.2026

Netflix səhmləri Rid Hestinqsin gedişindən sonra 9 faiz ucuzlaşdı

17.04.2026

Məzənnə

Yüklənir...