Redaktor
Nazirlər Kabineti hava limanı və aerodromların təhlükəsizlik zonaları ilə bağlı qərar verib
Nazirlər Kabineti "Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası"nı təsdiq edib.
Valyuta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda "Aviasiya haqqında" qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiya və Konvensiyaya 14 nömrəli Əlavəyə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, həmçinin "Doc 9137, 6-cı hissə, maneələrə nəzarət" sənədinə uyğun olaraq hazırlanıb.
Qayda hava limanları və aerodromların təhlükəsizlik zonaları daxilində tikintisinə icazə tələb olunan binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi tərəfindən razılıq verilməsinə dair tələbləri müəyyən edir.
Hava gəmilərinin uçuşlarının təhlükəsizliyi məqsədilə sertifikatlaşdırılmış hava limanlarının (və ya aerodromların), o cümlədən yeni hava limanlarının (və ya aerodromların) istismarçıları tərəfindən hava limanları və aerodromların təhlükəsizlik zonasını müəyyən edən maneə sxemləri (xəritələr) hazırlanır. Maneə sxemləri hazırlandıqdan sonra təsdiq edilməsi üçün 5 gün müddətində aidiyyəti qurumlara təqdim edilir.
Aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş maneə sxemləri (xəritələri) Bakı şəhəri və "İqtisadi rayonların yeni bölgüsü haqqında" ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati əraziləri üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər inzibati ərazi vahidləri üzrə yerli icra hakimiyyət orqanlarına, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyə Qaydada göstərilən sorğunun göndərilməsinin təmini üçün təqdim edilir.
Sertifikatlaşdırılmış hava limanlarında (və ya aerodromlarda) dəyişikliklər olduğu halda təsdiqlənmiş maneə sxemlərinə (xəritələrinə) dair dəyişikliklər Qaydaya uyğun olaraq aparılır.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİrandakı müharibə neft nəhənglərini zənginləşdirdi - Saatda 30 milyon dollar
17.04.2026Liderlərin səmimi görüşündən FOTOLAR
17.04.2026Azərbaycandan Türkiyəyə xam neft ixracı 2,3 dəfə artıb
17.04.2026Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi
17.04.2026
“AFB Bank”ın faiz gəlirləri iki dəfəyə yaxın artıb
17.04.2026Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident İlham Əliyev mərasimdə iştirak edir
17.04.2026Bakı Sağlamlıq Mərkəzi 6 milyonluq satınalma elan edib
17.04.2026Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçildi
17.04.2026Azərbaycanda yeni ixtisas yaradıldı
17.04.2026Naxçıvanda bank əmanətləri 45%-dən çox artıb
17.04.2026