Redaktor
“Azsığorta”nın yığım portfeli təxminən 1 milyon manat kiçildi, zərərlilik göstəricisi 16%-ə düşdü
Azsığorta şirkətinin yığımları və ödənişləri azalıb.
Valyuta.az xəbər verir ki, 2026-cı ilin yanvar-aprel aylarında “Azsığorta”nın sığorta yığımları illik müqayisədə 928 min manat və ya 27,29% azalaraq 2 milyon 472 min manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə şirkətin yığımları 3 milyon 400 min manat olub.
Şirkətin sığorta ödənişlərində də azalma qeydə alınıb. Belə ki, cari ilin ilk 4 ayında “Azsığorta” 396 min manat ödəniş edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 219 min manat və ya 35,61% azdır.
Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında şirkətin ödənişləri 615 min manat təşkil edib.
Hesabata əsasən, 2026-cı ilin ilk 4 ayında “Azsığorta” hər 100 manat yığıma qarşılıq 16,02 manat ödəniş edib. Ötən ilin eyni dövründə isə bu göstərici 18,08 manat olub. Bu da şirkətin zərərlilik göstəricisinin 2,06 faiz bəndi azaldığını göstərir.
Sərvanə Rəmixanova