Bakılı gənc necə beynəlxalq şirkətlərin UX-konsultantı oldu?

Redaktor

11.05.2026 12:00
388

Bakılı gənc necə beynəlxalq şirkətlərin UX-konsultantı oldu?

Bakıdan olan UX-dizayner və sahibkar, “Emotix” şirkətinin qurucusu Akşin Rəcəbov 15 ildən artıqdır user experience və dizayn sahəsində fəaliyyət göstərir.

Valyuta.az "TheTech" ə istinadən xəbər verir ki, hazırda Tallində yaşayan Rəcəbov Azərbaycanın ilk UX-konsultantlarından biri hesab olunur.

O, Polşada psixologiya və dizayn üzrə bakalavr, İstanbulda isə kino və kinematoqrafiya üzrə magistr təhsili alıb. Onun sözlərinə görə, psixologiya, kino və UX-dizayn insanın informasiyanı qəbul etməsi və qərar verməsi prinsipləri ilə bir-birinə bağlıdır.

Akşin Rəcəbov IT sahəsinə təsadüfi şəkildə gəldiyini deyib. UX-ə marağı isə Polşada istifadəçi baxımından uğursuz hazırlanmış yemək sifarişi saytından sonra yaranıb. Daha sonra o, “Electronic Arts” və “Deutsche Bank” şirkətlərində çalışaraq həm oyun sənayesində, həm də korporativ məhsullarda təcrübə qazanıb.

İlk peşəkar işini 17 yaşında Polşadakı kreativ studiyada junior designer kimi əldə edən Rəcəbov bildirir ki, həmin dövrdə əsas öyrənmə üsulu praktika və müşahidə olub. Onun fikrincə, dizayn vizual görünüşdən daha çox problemin həllidir.

Karyerasının əvvəlində əsas çətinliklər dil baryeri, təcrübəsizlik və özünəinam problemi olub. O, xüsusilə rədd cavablarının və cavabsız müraciətlərin motivasiyaya mənfi təsir etdiyini qeyd edib. Sonradan isə bunları şəxsi uğursuzluq deyil, inkişaf üçün geribildirim kimi qəbul etməyə başladığını deyib.

Hazırda Akşin Rəcəbov öz şirkəti və təhsil platforması üzərində çalışır. O, startaplara məhsul hazırlamazdan əvvəl ideyaları yoxlamaqda kömək etdiklərini bildirib.

Gənclərə tövsiyə olaraq isə portfolio yaratmağın, şəxsi layihələr üzərində işləməyin və peşəkar əlaqələr qurmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, IT sahəsində əsas amil diplom deyil, bacarıq və düşüncə tərzidir.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...