Redaktor
“Bank Respublika” qaydaları pozdu, məsul şəxslərlə bağlı məcburi sərəncam verildi
Azərbaycan Mərkəzi Bankı tərəfindən “Bank Respublika” ASC-yə icrası məcburi sərəncam verilib.
Valyuta.az xəbər verir ki, buna səbəb “Bank Respublika” ASC tərəfindən müştəri köçürmələrinin və inkasso sərəncamlarının icrası zamanı “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərinin pozulması olub.
Mərkəzi Bankdan verilən məlumata görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq banka qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Sərəncamda, həmçinin məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi tələb olunub.
Əlaqəli Xəbərlər
"Bank Respublika" nizamnamə kapitalını artırır
"Bank Respublika"nın faiz xərclərinin artmasının səbəbi - RƏQƏMLƏR
"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur? - CƏDVƏL