Banklarımızın marketinq direktorlarını daha yaxından tanıyaq

Redaktor

12.02.2026 10:25
799

Banklarımızın marketinq direktorlarını daha yaxından tanıyaq

Şirkətin bazardakı mövqeyini, ictimai imicini və tanınma səviyyəsini müəyyən edən əsas amillərdən biri onun marketinq strategiyasıdır. Məhz bu strategiyanın hazırlanması və icrası marketinq departamentinin üzərinə düşür. Bu struktur bölmə bazar mühitini təhlil edir, məhsul və xidmətlərin hədəf auditoriyasını müəyyənləşdirir, onların mövqeləndirilməsini və tanıdılmasını təmin edir. Effektiv marketinq siyasəti şirkətə rəqabət üstünlüyü qazandırır, müştəri ehtiyaclarına uyğun həllər təqdim etməyə və brend dəyərini gücləndirməyə imkan verir.

Valyuta.az bank sektorunun marketinq strategiyasına rəhbərlik edən şəxsləri araşdırıb. 

Vəfa Səfərli-Abdullazadə, Marketinq direktoru, "ABB" - 2006-2011-ci illərdə Qafqaz Universitetində İngilis dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsili alıb. 2013-2015-ci illərdə "Maastricht School of Management"də Beynəlxalq biznes ixtisası üzrə biznesin idarə edilməsi üzrə magistr dərəcəsini əldə edib. 2024-cü ilin sentyabrı - 2025-ci ilin yanvar aylarında "Koç University"də İcraçı MBA (Executive MBA) proqramı üzrə təhsil alıb. Peşəkar fəaliyyətinə gəlincə, Vəfa Səfərli-Abdullazadə müxtəlif illərdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzrə nümayəndiliyi, ADA Universiteti və “Port of Baku”da çalışıb.

Orxan Salayev, Marketinq direktoru, "Rabitəbank" - 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb. 2015-ci ildə Niderlandın Marketinq İnstitutu "NIMA"da Strateji marketinq üzrə icraçı təhsil proqramını (Executive Education) başa vurub. 2016-2018-ci illərdə "University of Science and Technology Beijing"də Neyromarketinq istiqaməti üzrə biznesin idarə edilməsi üzrə magistr dərəcəsi əldə edib.2019–2025-ci illərdə isə "University of International Business and Economics"də Biznesin idarə edilməsi - neyromarketinq ixtisası üzrə fəlsəfə doktoru (PhD) proqramı üzrə təhsil alıb.

Orxan Salayev 2021-ci ilin fevralından etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Biznesin inkişafı departamentində rəis müavini vəzifəsində çalışıb. Eyni zamanda Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyində ticarət nümayəndəsi, səfirliyin aparatında marketinq üzrə məsləhətçi, FINCA Azərbaycan QBKT-də Reklam və Təşviqat şöbəsində baş marketinq mütəxəssisi və şöbə rəisinin vəzifələrini icra edən şəxs, həmçinin Prezident yanında Strateji Araşdırmalar Mərkəzində layihə koordinatoru kimi fəaliyyət göstərib.

Günel Mavliyarova, Marketinq direktoru, "PAŞA Bank" - Günel Mavliyarova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr və magistr təhsili alıb. 2017-ci ildə Maastricht School of Management-in MBA proqramını  bitirib. G. Mavliyarova 2014-2025-ci illər ərzində “Kapital Bank” ASC-də Marketinq üzrə Mükəmməllik Mərkəzinə (Leader of Marketing CoE) rəhbərlik edib. Yeni vəzifəsinə qədər isə “Birbank” ekosistemində marketinq üzrə məsləhətçi kimi fəaliyyət göstərib.

Rəşad Cümşüdov, Marketinq direktoru, "AFB Bank" - Rəşad Cümşüdov marketinq, korporativ kommunikasiya və brendin idarə edilməsi sahəsində 15 ildən artıq peşəkar təcrübəyə malikdir. O, Azərbaycan Dövlət İqtisad Universiteti**ndə Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb. Bakı Slavyan Universitetində isə Beynəlxalq münasibətlər və tərcümə (Ukrayna dili) ixtisası üzrə magistr təhsili əldə edib. Peşəkar fəaliyyətinin müxtəlif mərhələlərində "ABB", "PASHA Travel", "Rabitəbank" və "Yığım Payment System" kimi Azərbaycanın aparıcı şirkətlərində rəhbər vəzifələrdə çalışaraq geniş idarəetmə və strateji kommunikasiya təcrübəsi qazanıb.

Ayşən Həsənova, Reklam və Marketinq şöbəsinin rəhbəri, “Expressbank” - 2013-2017-ci illərdə Bakı Dövlət Universitetində bakalavr təhsili alıb. Daha sonra, 2021-2023-cü ildə  Azərbaycan Universitetində magistr dərəcəsi əldə edib. A.Həsənova bu vəzifəsinə qədər, “eManat” və “MPAY”də Rəqəmsal marketinq və Fintex məhsullarının inkişafı üzrə qrup rəhbəri vəzifəsində çalışıb.

Sənan Həsənov, Marketinq direktoru, "Azər-Türk Bank" - 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə isə həmin universitetdə Maliyyə ixtisası üzrə magistr təhsili alıb. O, həmçinin Niderlandın Marketinq İnstitutunda (NIMA) marketinq üzrə diplom proqramını tamamlayıb, Almaniyanın "Sparkassen Akademie" təşkilatında bankçılıq üzrə təcrübə proqramında iştirak edib, ABŞ-ın "Financial Services Volunteer Corps" mübadilə proqramına qatılıb və "Erickson Coaching International" çərçivəsində beynəlxalq kouçinq proqramlarını başa vurub. Sənan Həsənov karyerasına "Rabitəbank"da başlayıb. Burada o, ardıcıl olaraq Maliyyə departamentində assistent mütəxəssis, Müştəri xidmətləri departamentində xidmət üzrə mütəxəssis, Əməliyyatlar departamentində baş mütəxəssis, Plastik kartlar departamentində baş mütəxəssis və Biznesin inkişafı departamentində marketinq meneceri vəzifələrində çalışıb. Daha sonra "Rabitəbank"da Satış və marketinq departamentinin direktoru və Müştəri xidmətləri departamentinin direktoru vəzifələrini icra edib. Ardınca "DəmirBank"da Marketinq departamenti direktorunun müavini vəzifəsində çalışıb. "Azərbaycan Sənaye Bankı"nda isə Marketinq departamentinin direktoru vəzifəsini icra edib. Sonrakı mərhələdə "Caspian Development Bank"da Biznesin inkişafı direktoru vəzifəsində fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində Karyera Mərkəzinin direktoru və yumşaq bacarıqlar və karyera planlaması üzrə müəllim kimi çalışıb, həmçinin "Erickson Coaching International"un Azərbaycan üzrə ölkə tərəfdaşı olub.

Əlikamran İsmayılzadə, Marketinq rəhbərinin vəzifələrini icra edən şəxs, "AccessBank" - 2008-2012-ci illərdə Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra 2012-2015-ci illərdə Bakı Slavyan Universitetində Diplomatiya ixtisası üzrə magistr təhsilini başa vurub. Fəaliyyətinə "AccessBank Azerbaijan"da fəaliyyəti dövründə o, əvvəlcə Satış və inkişaf departamentində pərakəndə bankçılıq üzrə aparıcı mütəxəssis kimi çalışıb. Daha sonra Marketinq departamentində aparıcı mütəxəssis, rəqəmsal marketinq üzrə baş mütəxəssis və marketinq meneceri vəzifələrini icra edib. Sonrakı mərhələdə isə Marketinq kommunikasiyaları şöbəsinin rəhbəri vəzifəsinə yüksəlib.

Derya Bıçakcı, Marketinq və korporativ əlaqələr direktoru, "Ziraat Bank Azərbaycan" - 1999–2003-cü illərdə Anadolu Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra Rusiya "Peoples’ Friendship University"də Riyaziyyat ixtisası üzrə magistr təhsilini davam etdirib. Karyerasına bank sektorunda başlayan o, ilk olaraq Dışbank A.Ş.Fortis Bank A.Ş. strukturunda əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb. Daha sonra "TEB"də eyni istiqamət üzrə fəaliyyətini davam etdirib. 2014-cü ildə "Ziraat Bank" (Moscow) qoşularaq korporativ marketinq üzrə menecer və proseslərin idarə edilməsi üzrə təşkilati layihə rəhbəri kimi çalışıb. 2017-ci ildən etibarən "Ziraat Bank Azerbaijan"da satış və marketinq departamentinin direktoru, eyni zamanda optimizasiya və proseslərin idarə edilməsi üzrə layihə rəhbəri vəzifələrini icra edib. 2021-ci ilin yanvar ayından isə həmin bankda marketinq və korporativ əlaqələr direktoru vəzifəsində fəaliyyət göstərir.

Əhməd Əhmədov, Reklam və ictimaiyyətlə əlaqələr departamentinin direktoru, "Bank of Baku" - O, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)də Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda isə ADA Universitetində Dövlət idarəçiliyi üzrə magistr proqramı çərçivəsində təhsilini davam etdirir. Karyerasına "Oven Azerbaijan"da qrafik dizayner vəzifəsində başlayıb. Daha sonra "Bilfa Boya"da reklam meneceri kimi fəaliyyət göstərib. Sonrakı mərhələdə "Matanat A Company"də əvvəlcə ictimaiyyətlə əlaqələr üzrə menecer, daha sonra isə reklam meneceri vəzifələrini icra edib. 2019-cu ildə "Azerbaijan Digital Arts School"da marketinq rəhbəri kimi çalışıb. Ardınca "Fortis Group LLC"də marketinq rəhbəri vəzifəsində fəaliyyətini davam etdirib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...